DataLife Engine > dunya > Türkiyədə hərbi-nəqliyyat helikopterinin qəzaya uğramasının səbəbləri araşdırılır

Türkiyədə hərbi-nəqliyyat helikopterinin qəzaya uğramasının səbəbləri araşdırılır


Bu gün, 10:36. Разместил: heqiqet Ankara vilayətində xilasedicilər və Türkiyə Milli Müdafiə Nazirliyinin əməkdaşları CH-47 hərbi-nəqliyyat helikopterinin qəzaya uğradığı yerdə gecəboyu işlərini davam etdiriblər.

Helikopter dünən axşam saatlarında paytaxt Ankaradan onlarla kilometr aralıda yerləşən Temelli rayonunda təlim uçuşu zamanı qəzaya uğrayıb.

Sincan rayonu icra orqanının rəhbəri Levent Kılıç bildirib ki, helikopterdə olan beş hərbçi yaralanıb və tez bir zamanda xəstəxanaya çatdırılıb.

“Xoşbəxtlikdən, itki olmayıb. Bu, enişdən bir az əvvəl təlim uçuşu zamanı baş verib. Helikopter hərbi olduğundan, qəzanın səbəbini xüsusi mütəxəssislər qrupu araşdıracaq", - deyə o bildirib.
Вернуться назад