Balakəndə oğurluq etməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb
Bu gün, 12:32. Разместил: heqiqet
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, araşdırmalarla müəyyən olunub ki, 39 yaşlı Famil Layıcov ümumilikdə 514 metr uzunluğunda kanalizasiya borularını oğurlayıb. Onun boruların bir hissəsini satdığı müəyyən edilib.
Keçirilən digər tədbir zamanı isə məişət və tikinti əşyaları oğurlanmaqda şübhəli bilinən 46 yaşlı Eldəniz Xəlilov da saxlanılıb. Onun oğurladığı əşyaların bir hissəsi yaşadığı ünvandan aşkar edilərək maddi sübut kimi götürülüb.
Araşdırmalar davam etdirilir.
Вернуться назад