DataLife Engine > idman > Avropa Kuboku: Bədii gimnastlar çarpaz qarşılaşmalarda mübarizə aparacaqlar

Avropa Kuboku: Bədii gimnastlar çarpaz qarşılaşmalarda mübarizə aparacaqlar


Bu gün, 12:33. Разместил: heqiqet Bakıda bədii gimnastika üzrə Avropa Kubokunun ikinci gününə start verilib.

Milli Gimnastika Arenasında təşkil olunan mötəbər yarışda 31 ölkədən gimnastlar bacarıqlarını nümayiş etdirirlər.

Yarışın ilk günündə - təsnifat mərhələsində gənc gimnastlar fərdi proqramda müxtəlif alətlər üzrə çıxışlarını təqdim ediblər. Qrup hərəkətləri proqramında isə komandalar çoxnövçülük üzrə performanslarını nümayiş etdiriblər.

Təsnifat mərhələsinin sonunda ən yüksək nəticə göstərən 8 ölkənin fərdi gimnastları müəyyənləşib və onlar bu gün komanda şəklində çarpaz qarşılaşmalarda mübarizəni davam etdirəcəklər.

Kubokda yalnız fərdi gimnastlar deyil, böyüklər yaş kateqoriyasında qrup hərəkətləri komandaları da çarpaz formatda yarışaraq qələbə uğrunda mübarizə aparacaqlar.

Turnirdə Azərbaycanı 10 idmançı təmsil edir. Azadə Atakişiyeva və Ayla İsgəndərli gənclər, İlona Zeynalova, Şəms Müvəffəqi, Sofiya Məmmədova, Zəhra Cəfərova, İlahə Bahadırova, Alina Məmmədova, Fidan Qurbanlı və Kamilla Seyidzadə isə böyüklər kateqoriyasında qüvvələrini sınayırlar.

Qeyd edək ki, Avropa Kuboku mayın 3-dək davam edəcək.
Вернуться назад