DataLife Engine > idman / gundem > Ulu ön­dər Hey­dər Əli­yev müs­tə­qil Azər­bay­can döv­lə­ti­nin xi­las­ka­rı və me­ma­rı­dır

Ulu ön­dər Hey­dər Əli­yev müs­tə­qil Azər­bay­can döv­lə­ti­nin xi­las­ka­rı və me­ma­rı­dır


Bu gün, 13:49. Разместил: heqiqet Heydər Əliyev - 103

Ü­mum­mil­li li­de­ri­miz Hey­dər Əli­yev fəa­liy­yə­ti­nin hər bir mə­qa­mı ilə xal­qın, döv­lə­tin, cə­miy­yə­tin və onun üzv­lə­ri­nin mə­na­fe­yi­nə xid­mət et­miş, Azər­bay­can tor­pa­ğı­nın, Azər­bay­can döv­lə­ti­nin, Azər­bay­can xal­qı­nın bü­töv­lü­yü uğ­run­da fə­da­kar­lıq­la ça­lış­mış, müs­tə­qil­li­yi­mi­zin möh­kəm­lən­di­ril­mə­si, döv­lət­çi­li­yi­mi­zin in­ki­şa­fı, de­mok­ra­ti­ya­nın ge­niş­lən­di­ril­mə­si, xal­qın ri­fah ha­lı­nın da­ha da yax­şı­laş­dı­rıl­ma­sı üçün müm­kün ola bi­lən hər bir işi gör­müş­dür.
Bu gün da­ha çox Ulu ön­dər Hey­dər Əli­ye­vin müs­tə­qil­lik döv­rün­də Azər­bay­can Res­pub­li­ka­sı­na rəh­bər­li­yi za­ma­nı gör­dü­yü iş­lər­dən ge­niş bəhs edi­lir. An­caq unut­maq la­zım de­yil ki, döv­lət­çi­lik ta­ri­xi­mi­zin özü­nə­məx­sus bir həl­qə­si olan So­vet döv­rün­də də bu bö­yük si­ya­sət­çi və döv­lət xa­di­mi, mil­li in­ki­şa­fı­mız ba­xı­mın­dan əvə­zo­lun­maz nai­liy­yət­lə­rə im­za at­mış­dır. Ona gö­rə də Ulu ön­dər Hey­dər Əli­ye­vin xal­qı­mız və döv­lət­çi­li­yi­miz qar­şı­sın­da­kı mi­sil­siz xid­mət­lə­ri­nı təs­vir et­mək üçün müt­ləq mə­na­da Onun ha­ki­miy­yə­ti­nin bi­rin­ci döv­rü­nə (1969-1982-ci il­lər) nə­zər ye­tir­mək la­zım­dır.
Bil­di­yi­miz ki­mi, 1969-cu ilə­dək Azər­bay­can SSRİ-nin tər­ki­bin­də yal­nız xam­mal mən­bə­yi ki­mi çı­xış edir, bü­tün sa­hə və is­ti­qa­mət­lər üz­rə ən ge­ri­də qal­mış öl­kə­lə­rin ba­şın­da gə­lir­di. Res­pub­li­ka­mı­zın in­ki­şa­fı üçün əhə­miy­yət­li re­surs və po­ten­sial möv­cud ol­sa da, on­lar­dan sə­mə­rə­li su­rət­də is­ti­fa­də edil­mə­mə­si tə­nəz­zül me­yil­lə­ri­nin əsa­sın­da da­ya­nan baş­lı­ca fak­tor idi. Am­ma Azər­bay­can Kom­mu­nist Par­ti­ya­sı Mər­kə­zi Ko­mi­tə­si­nin 1969-cu il iyul ple­nu­mun­da Hey­dər Əli­ye­vin Azər­bay­can Kom­mu­nist Par­ti­ya­sı Mər­kə­zi Ko­mi­tə­si­nin bi­rin­ci ka­ti­bi se­çi­lə­rək res­pub­li­ka­nın rəh­bə­ri ol­ma­sı öl­kə­mi­zin So­vet döv­rü ta­ri­xin­də dö­nüş nöq­tə­si ol­du.
U­lu ön­dər Hey­dər Əli­yev fun­da­men­tal stra­te­ji təd­bir­lər gör­mək­lə, da­vam­lı və ni­zam­lı in­ki­şa­fı tə­min et­mə­yi ba­car­dı. Sü­rət­li sə­na­ye­ləş­mə kur­su se­çil­di və qı­sa za­man kə­si­yin­də sə­na­ye sa­hə­si­nin in­ki­şa­fın­da mü­hüm irə­li­lə­yiş­lər qey­də alın­dı. Ar­dı­cıl su­rət­də sə­na­ye müəs­si­sə­lə­ri ti­ki­lib is­ti­fa­də­yə ve­ril­di ki, bu da da­vam­lı in­ki­şaf kon­sep­si­ya­sı­nın hə­ya­ta ke­çi­ril­mə­si­ni tə­min edən əsas­lar­dan bi­ri ol­du. Qı­sa müd­dət­də Azər­bay­can İt­ti­faq sə­viy­yə­sin­də sə­na­ye is­teh­sa­lı­nın ar­tım sü­rə­ti­nə gö­rə ilk yer­də qə­rar­laş­dı. Bu­nun­la ya­na­şı, kənd tə­sər­rü­fa­tı sə­na­ye tə­mə­li üzə­rin­də in­ki­şaf et­di­ril­di və is­teh­sal olu­nan məh­sul­la­rın or­ta il­lik həc­mi mü­tə­ma­di su­rət­də atı­rıl­dı. Ar­tıq 1982-ci il­də kənd tə­sər­rü­fa­tı məh­sul­la­rı­nın is­teh­sal həc­mi ilk dövr­lər­lə mü­qa­yi­sə­də 6 də­fə ar­tı­rıl­mış­dı ki, bu da aq­rar sek­to­run in­ki­şa­fı yö­nün­də hə­ya­ta ke­çi­ri­lən si­ya­sə­tin sə­mə­rə­li­li­yin­dən xə­bər ve­rir­di. Ey­ni za­man­da, Ulu ön­dər Hey­dər Əli­ye­vin res­pub­li­ka­ya rəh­bər­lik et­di­yi dövr­də neft sə­na­ye­sin­də də tə­nəz­zül me­yil­lə­ri ara­dan qal­dı­rıl­dı və bəhs edi­lən sa­hə­də eh­ti­yat­lar­dan sə­mə­rə­li is­ti­fa­də et­mək­lə da­vam­lı və ni­zam­lı in­ki­şa­fın əsa­sı qo­yul­du. Nə­ti­cə eti­ba­ri­lə, neft ha­si­la­tı xey­li ar­tı­rıl­dı.
Stra­te­ji sa­hə olan təh­sil sek­to­run­da da ar­dı­cıl və da­vam­lı is­la­hat­lar hə­ya­ta ke­çi­ril­di ki, bu da kadr po­ten­sia­lı­nın for­ma­laş­dı­rıl­ma­sı və tək­mil­ləş­di­ril­mə­si işi­nə fun­da­men­tal töh­fə­lər bəxş et­miş ol­du. Əv­və­la, təh­sil sek­to­ru­nun mad­di-tex­ni­ki ba­za­sı yax­şı­laş­dı­rıl­dı. Ulu ön­dər Hey­dər Əli­ye­vin xü­su­si diq­qət və qay­ğı­sı­nın fo­nun­da kadr po­ten­sia­lı­nın for­ma­laş­dı­rıl­ma­sı və tək­mil­ləş­di­ril­mə­si is­ti­qa­mə­tin­də azər­bay­can­lı gənc­lər SSRİ miq­ya­sın­da fəa­liy­yət gös­tə­rən ali təh­sil müəs­si­sə­lə­ri­nə gön­də­ril­di­lər. Ümu­mi­lik­də, Hey­dər Əli­ye­vin res­pub­li­ka­ya rəh­bər­lik et­di­yi dövr­də SSRİ-nin ən nü­fuz­lu ali təh­sil müəs­si­sə­lə­rin­də 18 mi­nə­dək yük­sə­kix­ti­sas­lı mü­tə­xəs­sis ha­zır­lan­dı. Bu isə mil­li in­ki­şa­fın in­tel­lek­tual əsas­la­rı­nın möh­kəm­lən­mə­si­nə fun­da­men­tal töh­fə idi.
Bu­nun­la ya­na­şı, azər­bay­can­lı gənc­lə­rin SSRİ miq­ya­sın­da fəa­liy­yət gös­tə­rən nü­fuz­lu ali təh­sil mək­təb­lə­ri­nə gön­də­ril­mə­si mil­li mə­də­niy­yə­ti­mi­zin təb­li­ği və möh­kəm­lən­di­ril­mə­si, mil­li dias­por qu­ru­cu­lu­ğu­nun for­ma­laş­dı­rıl­ma­sı işi­nə mü­hüm stra­te­ji töh­fə­lər bəxş et­di. Son­ra­lar Ulu ön­dər Hey­dər Əli­yev bu mis­si­ya və pro­se­si məhz be­lə də­yər­lən­di­rir­di: "O vaxt­lar azər­bay­can­lı­la­rı ay­rı-ay­rı yol­lar­la so­vet­lər it­ti­fa­qı­nın müx­tə­lif yer­lə­ri­nə gön­dər­mək­lə, da­yaq ya­rat­maq is­tə­yir­dim. İn­di isə sər­həd­lər açı­lıb, azər­bay­can­lı­lar hər yer­də ya­şa­ya bi­lər. Bir şərt­lə ki, gə­rək, mil­lə­ti­ni, di­ni­ni, tor­pa­ğı­nı və ana və­tə­ni­ni unut­ma­ya­san".
Bun­lar­dan baş­qa, mil­li-mə­nə­vi də­yər­lə­rin qo­run­ma­sı və dir­çəl­dil­mə­si is­ti­qa­mə­tin­də əhə­miy­yət­li təd­bir­lər gö­rül­dü. Mu­si­qi, te­atr, ki­no, təs­vi­ri in­cə­sə­nət və di­gər sa­hə­lər­də xü­su­si də­yi­şik­lik­lər və in­ki­şaf me­yil­lə­ri qey­də alın­dı. Mə­də­niy­yət ev­lə­ri in­şa edil­di, abi­də­lər ucal­dıl­dı, in­cə­sə­nət xa­dim­lə­ri­nə fəx­ri ad­lar, or­den­lər, tə­qaüd­lər ay­rıl­dı. Bü­tün bun­lar isə cə­miy­yə­tin in­tel­lek­tual tə­bə­qə­si­nin fəa­liy­yət me­xa­niz­mi­nin sə­mə­rə­li­lik sə­viy­yə­si­ni da­ha da ar­tır­dı. 1978-ci il­də Hey­dər Əli­ye­vin cəhd­lə­ri və tə­şəb­bü­sü sa­yə­sin­də Azər­bay­can SSR-in Kons­ti­tu­si­ya­sı­na "Azər­bay­can di­li Azər­bay­can SSR-in rəs­mi döv­lət di­li­dir" mad­də­si da­xil edil­di. Bu, mil­li di­li­mi­zin mü­ha­fi­zə­si və təb­li­ği ba­xı­mın­dan mü­hüm ta­ri­xi ha­di­sə idi. Bu­nun ar­dın­ca "Müa­sir Azər­bay­can di­li" və "Azər­bay­can di­li" dərs­lik­lə­ri ha­zır­lan­dı.
Be­lə­lik­lə, Ulu ön­dər Hey­dər Əli­ye­vin 1969-1982-ci il­lər ər­zin­də öl­kə­yə rəh­bər­lik et­di­yi dövr­də hə­ya­ta ke­çi­ri­lən is­la­hat­lar və gö­rü­lən stra­te­ji təd­bir­lə­rin fo­nun­da res­pub­li­ka­mız sü­rət­lə in­ki­şaf edə­rək SSRİ miq­ya­sın­da xü­su­si çə­ki­yə ma­lik olan res­pub­li­ka­ya çev­ril­di.
­Ü­mum­mil­li li­der Hey­dər Əli­ye­vin si­ya­si fəa­liy­yə­ti­nin Nax­çı­van döv­rü də Onun xal­qı­mız və döv­lət­çi­li­yi­miz qar­şı­sın­da­kı ta­ri­xi fəa­liy­yə­ti­ni, mi­sil­siz xid­mət­lə­ri­ni gös­tə­rən mü­hüm mər­hə­lə­dir.
Mə­lum ol­du­ğu ki­mi, 1990-cı il­də Azər­bay­can ol­duq­ca mü­rək­kəb si­tua­si­ya­da idi. SSRİ-nin da­yaq­la­rı­nın sar­sıl­dı­ğı bir dövr­də İt­ti­faq miq­ya­sın­da baş alan hərc-mərc­lik öl­kə­lə­rin da­xi­li hə­ya­tı­na da si­ra­yət et­miş və ida­rəet­mə po­ten­sia­lı və qa­bi­liy­yə­ti aşa­ğı olan öl­kə­lər­də çox mü­rək­kəb si­ya­si-hü­qu­qi ka­tak­lizm­lər cə­rə­yan et­mək­də idi. Ey­ni za­man­da, Mux­tar Res­pub­li­ka­nın blo­ka­da şə­rai­tin­də ol­ma­sı, so­sial-iq­ti­sa­di du­ru­mu­nun bər­bad­lı­ğı, ha­ki­miy­yə­tin mux­tar qu­rum üzə­rin­də oy­na­ma­ğa ça­lış­dı­ğı oyun­lar Nax­çı­va­nın və­ziy­yə­ti­ni mak­si­mum də­rə­cə­də mü­rək­kəb­ləş­dir­miş­di.
Möv­cud du­rum 1991-ci ilin sent­yabr ayın­da Ulu ön­dər Hey­dər Əli­ye­vin Nax­çı­van MSSR-in Ali So­ve­ti­nin səd­ri se­çil­mə­si­nə­dək olan ta­ri­xi mər­hə­lə­də da­ha da kəs­kin­ləş­di. Mü­ha­ri­bə­nin da­vam et­di­yi, sə­na­ye məh­sul­la­rı­nın ça­tış­ma­dı­ğı, elekt­rik ener­ji­si­nin ol­ma­dı­ğı, so­sial-iq­ti­sa­di du­ru­mun kəs­kin ol­du­ğu şə­rait­də Ali Məc­li­sin səd­ri se­çi­lən Hey­dər Əli­yev hə­ya­ta ke­çir­di­yi is­la­hat­lar, gör­dü­yü təd­bir­lər və iş­lər sa­yə­sin­də sa­bit­li­yin, tə­rəq­qi­nin və həm­rəy­li­yin tə­min olun­ma­sı­na na­il ol­du.
Ü­mu­miy­yət­lə, Ulu ön­dər Hey­dər Əli­ye­vin si­ya­si fəa­liy­yə­ti­nin Nax­çı­van döv­rün­də gör­dü­yü iş­lə­rin ma­hiy­yə­ti­ni və əzə­mə­ti­ni an­la­maq üçün sa­də­cə bir ne­çə fak­ta nə­zər ye­tir­mək ki­fa­yət edir.
Be­lə ki, mil­li döv­lət­çi­lik ənə­nə­lə­ri­nin bər­pa olun­ma­sı yö­nün­də gö­rü­lən iş­lər sı­ra­sın­da Mux­tar Res­pub­li­ka­nın döv­lət rəmz­lə­ri­nin bər­pa olun­ma­sı və mil­li­ləş­dir­mə si­ya­sə­ti­nin hə­ya­ta ke­çi­ril­mə­si vur­ğu­lan­ma­lı­dır. 17 no­yabr 1990-cı il ta­ri­xin­də Nax­çı­van Ali Məc­li­si­nin I ses­si­ya­sın­da ilk də­fə ola­raq üç­rəng­li bay­ra­ğı­mız qal­dı­rıl­dı. Mil­li bay­raq mə­sə­lə­si ilə əla­qə­dar 2 bənd­lik qə­rar qə­bul edil­di. Bu­nun­la ya­na­şı, Nax­çı­van MSSR adın­dan "So­vet" və "So­sia­list" söz­lə­ri çı­xa­rıl­dı. SSRİ-nin möv­cud ol­du­ğu bir dövr­də be­lə bir qə­ra­rın qə­bul və ic­ra edil­mə­si ol­duq­ca yük­sək si­ya­si sə­riş­tə və cə­sa­rət tə­ləb edir­di ki, Ulu ön­dər Hey­dər Əli­yev bu­nu nü­ma­yiş et­dir­di. Ey­ni za­man­da, Nax­çı­van­da Kom­mu­nist Par­ti­ya­sı­nın fəa­liy­yə­ti da­yan­dı­rıl­dı və So­vet or­du­su, əs­gə­ri bir­lik­lə­ri Nax­çı­van MR əra­zi­sin­dən çı­xa­rıl­dı.
O za­man Azər­bay­can­da ha­ki­miy­yət­də olan sə­riş­tə­siz qüv­və­lər kor­po­ra­tiv ma­raq­lar əsa­sın­da çı­xış edə­rək sa­bit­li­yə və in­ki­şa­fa ma­ne ol­maq yö­nün­də xü­su­si fəal­lıq gös­tə­rir­di­lər ki, bu da Nax­çı­va­nın du­ru­mu­na mən­fi tə­sir edən dest­ruk­tiv fak­tor qis­min­də çı­xış edir­di. Hət­ta iş o həd­də çat­mış­dı ki, xa­ri­ci güc mər­kəz­lə­ri­nin "ma­rio­net­ka"­la­rı qis­min­də çı­xış edən ha­ki­miy­yət­də­ki "pi­ya­da"­lar Nax­çı­van­da bir ne­çə də­fə döv­lət çev­ri­li­şi­nə cəhd et­di­lər. Bun­lar­dan il­ki Xalq Cəb­hə­si­nin Nax­çı­van­da­kı 24 okt­yabr 1992-ci il­də si­lah­lı dəs­tə­lə­ri­nin Mux­tar Res­pub­li­ka­da et­di­yi çev­ri­liş cəh­di ol­du. Am­ma Ulu ön­dər Hey­dər Əli­ye­vin si­ya­si mə­ha­rə­ti sa­yə­sin­də bəhs edi­lən çev­ri­liş cəhd­lə­ri­nin qar­şı­sı alın­dı.
Bun­lar­la ya­na­şı, Ulu ön­dər Hey­dər Əli­yev mil­li ideo­lo­ji mə­sə­lə­lə­ri önə çə­kə­rək bir sı­ra tə­xi­rə­sa­lın­maz təd­bir­lər gör­dü və ta­ri­xi qə­rar­lar qə­bul et­di. İlk növ­bə­də "1990-cı il yan­var ayı­nın 20-də tö­rə­dil­miş Ba­kı ha­di­sə­lə­ri­nə si­ya­si qiy­mət ve­ril­mə­si haq­qın­da" Qə­rar qə­bul edil­di. Qə­rar­da 20 Yan­var ha­di­sə­lə­ri­nin ma­hiy­yə­ti, si­ya­si və hü­qu­qi əsas­la­rı əks olun­muş­du. Ey­ni za­man­da, 31 de­kab­rın Dün­ya Azər­bay­can­lı­la­rı­nın Həm­rəy­lik gü­nü elan edil­mə­si ba­rə­də də ta­ri­xi qə­rar qə­bul edil­di.
Bü­tün bun­lar­la ya­na­şı, Nax­çı­van MR-də so­sial-iq­ti­sa­di və­ziy­yə­tin yax­şı­laş­dı­rıl­ma­sı və tə­rəq­qi me­yil­lə­ri­nin əl­də olun­ma­sı üçün əhə­miy­yət­li təd­bir­lər gö­rül­dü. So­sial-iq­ti­sa­di və aq­rar is­la­hat­lar real­laş­dı­rıl­dı, özəl­ləş­dir­mə pro­se­si­nə start ve­ril­di və inf­rast­ruk­tur sa­hə­lə­ri­nin in­ki­şa­fı yö­nün­də xü­su­si iş­lər hə­ya­ta ke­çi­ril­di.
Di­gər tə­rəf­dən, blo­ka­da şə­rai­tin­də olan Mux­tar Res­pub­li­ka­nın in­ki­şa­fı və sa­bit­li­yi­nin da­vam­lı­lı­ğı­nı tə­min et­mək üçün re­gio­nal miq­yas­da ra­sio­nal stra­te­ji mü­na­si­bət­lər sis­te­mi for­ma­laş­dır­maq la­zım idi ki, Ümum­mil­li li­der Hey­dər Əli­yev bu yön­də stra­te­ji ad­dım­lar at­dı. Xü­su­si­lə də Tür­ki­yə və İran­la qar­şı­lıq­lı əmək­daş­lı­ğa və tə­rəf­daş­lı­ğa əsas­la­nan rəs­mi tə­mas­lar sıx­laş­dı­rıl­dı. 24 mart 1992-ci il ta­ri­xin­də An­ka­ra­da Nax­çı­van MR-lə Tür­ki­yə Cüm­hu­riy­yə­ti ara­sın­da iş­bir­li­yi pro­to­ko­lu­nun im­za­lan­ma­sı blo­ka­da şə­rai­tin­də olan Nax­çı­va­nın və­ziy­yə­ti­nə əhə­miy­yət­li də­rə­cə­də müs­bət töh­fə ol­du.
Be­lə­lik­lə, si­ya­si fəa­liy­yə­ti­nin Nax­çı­van döv­rün­də Hey­dər Əli­yev gör­dü­yü iş­lər, at­dı­ğı ra­sio­nal, praq­ma­tik ad­dım­lar­la Mux­tar Res­pub­li­ka­nın qur­tu­lu­şu­nu, dir­çə­li­şi­ni və həm­rəy­li­yi­ni tə­min et­miş ol­du.
­Bil­di­yi­miz ki­mi, 18 okt­yabr 1991-ci il ta­ri­xin­də Azər­bay­can Res­pub­li­ka­sı Ali So­ve­ti­nin ca­ri ses­si­ya­sın­da qə­bul edil­miş "Azər­bay­can Res­pub­li­ka­sı­nın Döv­lət müs­tə­qil­li­yi haq­qın­da" Kons­ti­tu­si­ya Ak­tı­na mü­va­fiq ola­raq for­mal müs­tə­qil­lik əl­də et­miş Azər­bay­can Res­pub­li­ka­sı müs­tə­qil­li­yin ilk il­lə­rin­də komp­leks prob­lem­lər və də­rin ka­tak­lizm­lər­lə üz­ləş­di. Əv­və­la, hə­min dövr­də cə­rə­yan edən pro­ses­lər və or­ta­ya çı­xan mən­zə­rə onu gös­tər­di ki, Azər­bay­can di­gər keç­miş SSRİ res­pub­li­ka­la­rı ilə mü­qa­yi­sə­də öz müs­tə­qil­li­yi­ni ol­duq­ca gec elan et­miş­di. Mə­sə­lən, Lit­va 11 mart 1990, Ru­si­ya 12 iyul 1990, Gür­cüs­tan 9 ap­rel 1991, Es­to­ni­ya 20 av­qust 1991, Qır­ğı­zıs­tan 31 av­qust 1991, Öz­bə­kis­tan 1 sent­yabr 1991-ci il, nə­ha­yət, Ta­ci­kis­tan 9 sent­yabr 1991-ci il­də öz müs­tə­qil­li­yi­ni elan et­di­yi hal­da, Azər­bay­can bu­na yal­nız 1991-ci il okt­yab­rın 18-də na­il ola bil­di. Tə­bii ki, bu­nun bir sı­ra ob­yek­tiv və sub­yek­tiv sə­ciy­yə da­şı­yan fun­da­men­tal sə­bəb­lə­ri var idi. Bu sə­bəb­lə­rin ba­şın­da isə hə­min vaxt Res­pub­li­ka­ya "rəh­bər­lik" edən sub­yekt­lə­rin qə­tiy­yət­siz­li­yi, Mosk­va­nın köl­gə­si al­tın­da, "kö­lə psi­xo­lo­gi­ya­sı" ilə ya­şa­maq niy­yət­lə­ri və bu rəh­bər­lə­rin xal­qın ali mə­na­fe­yi­ni mər­kə­zin im­pe­ria­list ma­raq­la­rı­na qur­ban ver­mə­lə­ri da­ya­nır­dı. Bü­tün ma­hiy­yə­ti və möv­cud­lu­ğu ilə Kreml­dən ası­lı olan o za­man­kı Azər­bay­can rəh­bər­li­yi müs­tə­qil­lik ide­ya­la­rı­nı, prin­sip­lə­ri­ni qə­bul et­mək, mə­nim­sə­mək iq­ti­da­rın­da de­yil­di. Sa­də­cə SSRİ-nin da­ğıl­ma­sı ərə­fə­sin­də for­ma­laş­mış tə­bii si­tua­si­ya, hət­ta im­pe­ri­ya­nın mər­kə­zin­də da­ya­nan Ru­si­ya­nın be­lə öz döv­lət müs­tə­qil­li­yi­ni elan et­mə­si, həm­çi­nin, xal­qın azad­lıq is­tə­yi ki­mi fak­tor­lar Azər­bay­ca­nın da müs­tə­qil­li­yi­nin əl­də edil­mə­si­ni şərt­lən­dir­di. Məhz Azər­bay­ca­nın o za­man­kı iq­ti­da­rın müs­tə­qil­lik ide­ya­la­rı­na eti­na­sız ol­ma­sı­nın nə­ti­cə­si idi ki, şə­rait­dən is­ti­fa­də edən tə­ca­vüz­kar Er­mə­nis­tan stra­te­ji ba­xım­dan ən əl­ve­riş­li əra­zi­lə­ri­mi­zi an­nek­si­ya et­di. Hə­lə bu, son de­yil­di. Xal­qı­mı­zın bir sı­ra ic­ti­mai-si­ya­si xa­dim­lə­ri­nin ter­ror akt­la­rı­na mə­ruz qal­ma­la­rı, döv­lət struk­tur­la­rı ara­sın­da çə­kiş­mə­lə­rə start ve­ril­mə­si və bun­la­rın da­ha kəs­kin xa­rak­ter al­ma­sı Azər­bay­ca­nın bir döv­lət ki­mi var­lı­ğı­nı su­al al­tı­na al­mış­dı. Möv­cud və­ziy­yət­dən çı­xı­şı tə­min edə bil­mə­yə­cə­yi­ni an­la­yan Ayaz Mü­təl­li­bov ha­ki­miy­yə­ti ça­rə­ni is­te­fa ver­mək­də gör­dü.
Bun­dan son­ra ha­ki­miy­yə­tə gəl­miş AXC-Mü­sa­vat cüt­lü­yü Azər­bay­ca­nı sö­zün əsl mə­na­sın­da xa­ri­ci kəş­fiy­yat or­qan­la­rı­nın mü­ba­ri­zə mey­da­nı­na çe­vir­di. Öl­kə­də tam bir anar­xi­ya ya­ran­dı və da­xi­li çə­kiş­mə­lər özü­nün pik nöq­tə­si­nə çat­dı. Ar­tıq "əli­nə si­lah alan" ha­ki­miy­yə­ti ələ ke­çir­mə­yə ça­lı­şır­dı və bö­lü­cü me­yil­lər ol­duq­ca güc­lən­miş­di. Er­mə­nis­ta­nın tə­ca­vü­zü da­vam edir və xa­ri­ci döv­lət­lər bey­nəl­xalq mü­na­si­bət­lər sis­te­min­də Azər­bay­ca­nı müs­tə­qil sub­yekt ki­mi qə­bul et­mir­di­lər. Hə­min ərə­fə­də güc­lü si­ya­si li­de­rin nü­fu­zu­na söy­kə­nən mü­tə­şək­kil si­ya­si sub­yekt­lər la­zım idi ki, Azər­bay­ca­nı anar­xi­ya me­yil­lə­ri ilə mü­şa­yiət edi­lən xao­tik du­rum­dan xi­las et­sin. Am­ma 1993-cü ilə­dək öl­kə­yə rəh­bər­lik edən şəxs­lər xa­ri­ci qüv­və­lə­rin "pi­ya­da"­sı ki­mi çı­xış et­mək­dən baş­qa, xal­qı­mız, döv­lət­çi­li­yi­miz üçün heç bir önəm kəsb edə bil­mə­di­lər.
Be­lə­lik­lə, müs­tə­qil­li­yin ilk il­lə­rin­də Azər­bay­can çox cid­di prob­lem­lər­lə üz­ləş­di və sis­te­ma­tik stra­te­gi­ya­nın hə­ya­ta ke­çi­ril­mə­mə­si nə­ti­cə­sin­də ka­tak­lizm­lər iq­ti­sa­di, si­ya­si, so­sial, hü­qu­qi və di­gər sa­hə­lə­ri if­lic et­di, öl­kə­də və­tən­daş mü­ha­ri­bə­si, se­pa­ra­tizm təh­lü­kə­si art­dı.
Bu du­rum 1993-cü ilə, Ulu ön­dər Hey­dər Əli­ye­vin xal­qın tə­lə­bi ilə ikin­ci də­fə ha­ki­miy­yə­tə gəl­mə­si­nə­dək da­vam et­di. Öl­kə­miz­də hökm sü­rən xao­tik və anar­xist me­yill­lə­rin neyt­ral­laş­dı­rıl­ma­sın­da, mü­rək­kəb si­ya­si-hü­qu­qi ka­tak­lizm­lə­rin qar­şı­sı­nın alın­ma­sın­da və ic­ti­mai-si­ya­si sa­bit­li­yin əl­də edil­mə­sin­də Azər­bay­can xal­qı­nın Ümum­mil­li li­de­ri Hey­dər Əli­ye­vin li­der­lik key­fiy­yət­lə­ri bi­rin­ci də­rə­cə­li amil ki­mi xü­su­si rol oy­na­dı. Ulu ön­dər öl­kə­də sa­bit­li­yi bər­pa et­di, so­sial-iq­ti­sa­di tə­nəz­zü­lün qar­şı­sı­nı al­dı, müs­tə­qil­li­yin əsas­la­rı­nı möh­kəm­lən­dir­mək is­ti­qa­mə­tin­də ad­dım­lar at­dı.
U­lu ön­dər Hey­dər Əli­ye­vin xal­qı­mız və döv­lət­çi­li­yi­miz qar­şı­sın­da­kı mi­sil­siz xid­mət­lə­rin­dən bi­ri ümum­xalq par­ti­ya­sı olan Ye­ni Azər­bay­can Par­ti­ya­sı­nın ya­ra­dıl­ma­sı­dır. Müs­tə­qil­lik əl­də et­dik­dən son­ra xao­tik və an­ta­qo­nist si­ya­si pro­ses­lə­rin fo­nun­da öl­kə­mi­zin qar­şı­sın­da du­ran baş­lı­ca stra­te­ji və­zi­fə­lər­dən bi­ri də ic­ti­mai-si­ya­si ins­ti­tut­laş­ma pro­se­si­nin hə­ya­ta ke­çi­ril­mə­si idi. Bu­nun baş­lı­ca is­ti­qa­mət­lə­rin­dən bi­ri də plü­ra­list prin­sip­lər əsa­sın­da müx­tə­lif orien­ta­si­ya­la­ra ma­lik olan si­ya­si par­ti­ya­la­rın tə­sis edil­mə­si və on­la­rın fəa­liy­yət me­xa­nizm­lə­ri­nin mil­li ma­raq­lar və də­yər­lər əsa­sın­da təş­ki­li­nə şə­rait ya­ra­dıl­ma­sı idi.
Be­lə­lik­lə, ha­kim dai­rə­lə­rin tö­rət­dik­lə­ri sü­ni ma­neə­lə­rə bax­ma­ya­raq, öl­kə zi­ya­lı­la­rı­nın tə­kid­li ça­ğı­rış­la­rı və xal­qın eti­ma­dı sa­yə­sin­də 1992-ci il no­yab­rın 21-də Nax­çı­van­da ke­çi­ri­lən tə­sis konf­ran­sın­da Ye­ni Azər­bay­can Par­ti­ya­sı tə­sis edil­di və Ulu ön­dər Hey­dər Əli­yev par­ti­ya­nın Səd­ri se­çil­di. O za­man­kı ha­ki­miy­yət dai­rə­lə­ri­nin Ye­ni Azər­bay­can Par­ti­ya­sı­nın ya­ran­ma­sı­na gös­tər­dik­lə­ri ma­neə­lər, ar­dı­cıl təz­yiq­lər bu yo­la qə­dəm qo­yan in­san­la­rı öz­lə­ri­nin ali məq­səd­lə­rin­dən dön­də­rə bil­mə­di. Ümum­mil­li li­de­ri­mi­zin nü­fu­zu, Azər­bay­can xal­qı­nın Ona gös­tər­di­yi mi­sil­siz eti­mad Ye­ni Azər­bay­can Par­ti­ya­sı­nın qı­sa müd­dət ər­zin­də təş­ki­lat­lan­ma­sı­na, öl­kə­nin bü­tün re­gion­la­rın­da özək­lə­ri­ni ya­rat­ma­sı­na və 1993-cü il­də ha­ki­miy­yə­tə gəl­mə­si­nə şə­rait ya­rat­dı. Ye­ni Azər­bay­can Par­ti­ya­sı dün­ya­da ana­lo­qu ol­ma­yan bir si­ya­si təş­ki­lat ki­mi ya­ran­dı­ğı müd­dət­dən 6 ay son­ra si­ya­si ha­ki­miy­yə­tə gəl­di.
Par­ti­ya­nın uğur­la­rı­nın da­vam­lı­lı­ğı­nı şərt­lən­di­rən ən mü­hüm amil par­ti­ya­da Ulu ön­dər Hey­dər Əli­ye­vin rəh­bər­li­yi ilə apa­rı­lan gənc­ləş­dir­mə si­ya­sə­ti ol­du. Par­ti­ya­nın rəh­bər­li­yin­də Azər­bay­can gənc­lə­ri­nin li­de­ri ola­raq İl­ham Əli­ye­vin təm­sil­çi­li­yi bu mə­na­da xü­su­si­lə qeyd olun­ma­lı­dır. Məhz 1999-cu il­də ke­çi­ri­lən YAP-ın I Qu­rul­ta­yın­da o za­man ARDNŞ-in bi­rin­ci vit­se-pre­zi­den­ti və Mil­li Olim­pi­ya Ko­mi­tə­si­nin pre­zi­den­ti olan İl­ham Əli­yev par­ti­ya­nın rəh­bər struk­tu­ru­na se­çil­di. Əgər nə­zə­rə al­saq ki, cə­nab İl­ham Əli­yev hə­min dövr­də həm də Av­ro­pa Şu­ra­sı Par­la­ment As­samb­le­ya­sın­da Azər­bay­can Res­pub­li­ka­sı Mil­li Məc­li­si­nin nü­ma­yən­də he­yə­ti­nin rəh­bə­ri idi, on­da qeyd edə bi­lə­rik ki, bu, par­ti­ya­nın ye­ni mər­hə­lə­də qa­za­na­ca­ğı uğur­la­rın baş­lan­ğıc nöq­tə­si də sa­yı­la bi­lər­di. Ulu ön­dər Hey­dər Əli­ye­vin si­ya­si va­ri­si ola­raq İl­ham Əli­yev Ye­ni Azər­bay­can Par­ti­ya­sı­nın gə­lə­cək fəa­liy­yə­ti­nin da­ha ge­niş bey­nəl­xalq müs­tə­vi­lə­rə da­şı­maq məq­sə­di­ni uğur­la hə­ya­ta ke­çir­di. Əgər YAP-ın 2001-ci il­də ke­çi­ril­miş II Qu­rul­ta­yı za­ma­nı par­ti­ya üzv­lə­ri­nin sa­yı 230 min nə­fər idi­sə, 2005-ci il­də ke­çi­ri­lən III Qu­rul­ta­ya qə­dər bu gös­tə­ri­ci 360 min nə­fə­rə yük­səl­miş­di. Özün­də yük­sək in­tel­lek­tual po­ten­sia­lı bir­ləş­di­rən YAP-ın sı­ra­la­rın­da ar­tıq gənc­lər də bö­yük üs­tün­lük təş­kil edir və par­ti­ya sı­ra­la­rı­na ye­ni qo­şu­lan­la­rın müt­ləq ək­sə­riy­yə­ti də gənc­lər­dən iba­rət­dir.
Məhz Ulu ön­dər Hey­dər Əli­ye­vin əsa­sı­nı qoy­du­ğu ra­sio­nal si­ya­sə­tin Pre­zi­dent İl­ham Əli­yev tə­rə­fin­dən döv­rün real­lıq­la­rı­na, tə­ləb­lə­ri­nə və qa­nu­nauy­ğun­luq­la­rı­na mü­va­fiq su­rət­də uğur­la da­vam et­di­ril­mə­si sa­yə­sin­də bu gün öl­kə da­xi­lin­də bö­yük nü­fu­za və ge­niş bey­nəl­xalq əla­qə­lə­rə ma­lik olan Ye­ni Azər­bay­can Par­ti­ya­sı Azər­bay­can si­ya­si pa­lit­ra­sı­nın ən güc­lü təş­ki­la­tı qis­min­də çı­xış et­mək­də­dir.
Ü­mum­mil­li li­der Hey­dər Əli­ye­vin rəh­bər­li­yi ilə hə­ya­ta ke­çi­ri­lən sis­te­ma­tik stra­te­gi­ya­nın əsa­sın­da si­ya­si sis­te­min tə­məl at­ri­but­la­rı və struk­tur ele­ment­lə­ri­nin dir­çəl­dil­mə­si və tək­mil­ləş­di­ril­mə­si, ic­ti­mai-si­ya­si ins­ti­tut­laş­ma pro­se­si­nin sü­rət­lən­di­ril­mə­si, in­zi­ba­ti sə­ciy­yə da­şı­yan struk­tur is­la­hat­la­rı­nın hə­ya­ta ke­çi­ril­mə­si, si­ya­si plü­ra­liz­min tə­min edil­mə­si və bü­tün bun­la­rın əsa­sın­da de­mok­ra­tik trans­for­ma­si­ya­nın mil­li də­yər­lə­rə və ma­raq­la­ra mü­va­fiq su­rət­də baş tut­ma­sı ki­mi fun­da­men­tal stra­te­ji və­zi­fə­lər da­ya­nır­dı. Zən­gin döv­lət­çi­lik təc­rü­bə­si­nə, ra­sio­nal tə­fək­kü­rə və praq­ma­tik fəa­liy­yət me­xa­niz­mi­nə ma­lik olan Ümum­mil­li li­der Hey­dər Əli­yev tət­biq et­di­yi stra­te­gi­ya sa­yə­sin­də mər­hə­lə­li şə­kil­də bü­tün bu və­zi­fə­lə­rin həl­li­nə na­il ola bil­di.
Məhz sa­da­la­nan və­zi­fə­lə­rin ye­ri­nə ye­ti­ril­mə­si is­ti­qa­mə­tin­də hü­qu­qi-nor­ma­tiv ba­za­nın ya­ra­dıl­ma­sı stra­te­ji əsas ol­du. Be­lə­lik­lə, xal­qı­mı­zın Əbə­di­ya­şar li­de­ri Hey­dər Əli­ye­vin gər­gin əmə­yi sa­yə­sin­də 1995-ci il no­yabr ayı­nın 12-də xalq re­fe­ren­du­ma ge­də­rək öz döv­lət­çi­li­yi­nin əsas hü­qu­qi is­ti­qa­mət­lə­ri­ni müəy­yən­ləş­di­rə­cək baş­lı­ca si­ya­si-hü­qu­qi sə­nəd olan Azər­bay­can Res­pub­li­ka­sı­nın Kons­ti­tu­si­ya­sı­nı qə­bul et­di. Ye­ni Kons­ti­tu­si­ya döv­rün tə­ləb­lə­ri, real­lıq­la­rı və qa­nu­nauy­ğun­luq­la­rı­na gö­rə mü­kəm­məl və tək­mil si­ya­si-hü­qu­qi sə­nəd idi. Kons­ti­tu­si­ya­nın ha­zır­lan­ma­sın­da dün­ya döv­lət­lə­ri­nin kons­ti­tu­si­ya təc­rü­bə­sin­dən ge­niş is­ti­fa­də edil­mə­si ilə ya­na­şı, res­pub­li­ka­mı­zın ta­ri­xi ənə­nə­lə­ri, spe­si­fik özəl­lik­lə­ri və xal­qı­mı­zın men­ta­li­te­ti də nə­zə­rə alın­mış­dı.
Müs­tə­qil­lik­dən son­ra öl­kə­mi­zin qar­şı­sın­da du­ran növ­bə­ti və­zi­fə mil­li həm­rəy­lik və bü­töv­lü­yü tə­min edə­cək fun­da­men­tal mə­nə­vi fak­tor olan mil­li ideo­lo­gi­ya­nın müəy­yən edil­mə­si və on­dan mil­li si­ya­sə­tin tər­kib his­sə­si ki­mi sə­mə­rə­li is­ti­fa­də me­xa­niz­mi­nin hə­ya­ta ke­çi­ril­mə­si idi. Am­ma müs­tə­qil­li­yin ilk il­lə­rin­də möv­cud olan si­ya­si hərc-mərc­lik və va­hid döv­lət si­ya­sə­ti­nin ol­ma­ma­sı bü­tün sa­hə­lər­də ol­du­ğu ki­mi, mil­li ideo­lo­ji si­ya­sət sa­hə­sin­də də güc­lü mər­kəz­dən­qaç­ma me­yil­lə­ri­nin mü­şa­hi­də olun­ma­sı­na və nə­ti­cə eti­ba­ri­lə bu sfe­ra­da cid­di boş­luq­la­rın ya­ran­ma­sı­na sə­bəb ol­muş­du.
Mil­li həm­rəy­lik və bü­töv­lük ya­ra­da bi­lə­cək ideo­lo­gi­ya isə yal­nız 1993-cü il­də­ki si­ya­si dö­nüm­dən son­ra müəy­yən­ləş­di­ril­di. XIX-XX əsr­lə­rin hü­du­dun­da ya­şa­yan mil­li maa­rif­çi­lə­ri­mi­zin idea əsas­la­rı­nı qoy­du­ğu azər­bay­can­çı­lıq Ümum­mil­li li­der Hey­dər Əli­ye­vin çı­xış­la­rın­da özün­də ümum­bə­şə­ri sə­ciy­yə da­şı­yan və mil­li də­yər­lə­rə ca­vab ve­rən prin­sip­lə­ri eh­ti­va edən, mil­li həm­rəy­li­yi tə­min edən tək­mil ideo­lo­gi­ya ha­lı­nı al­dı. Azər­bay­can­çı­lıq tək­cə bu döv­lə­tin əra­zi­sin­də ya­şa­yan şəxs­lə­ri yox, ey­ni za­man­da, bü­tün dün­ya­da məs­kun­la­şan azər­bay­can­lı­la­rı əha­tə edə­rək dün­ya azər­bay­can­lı­la­rı­nın mil­li is­ti­nad mən­bə­yi­nə çev­ril­di.
Bir mə­qa­mı qeyd et­mək la­zım­dır ki, Ulu ön­dər Hey­dər Əli­yev azər­bay­can­çı­lıq ideo­lo­gi­ya­sı­nın əsas­la­rı­nı, rü­şeym­lə­ri­ni hə­lə So­vet döv­rün­də Azər­bay­ca­nın Döv­lət Təh­lü­kə­siz­lik Ko­mi­tə­si­nə rəh­bər­li­yi döv­rün­də baş­lat­mış­dır. Onun rəh­bər­li­yi döv­rün­də res­pub­li­ka­nın təh­lü­kə­siz­lik or­qan­la­rın­dan An­tia­zər­bay­can­çı qüv­və­lər, Azər­bay­ca­nı sev­mə­yən müx­tə­lif xalq­la­rın nü­ma­yən­də­lə­ri tə­miz­lən­mə­yə baş­lan­dı. Və azər­bay­can­çı­lıq ideo­lo­gi­ya­sı­nın rü­şey­mi də, mil­li özü­nü­dərk pro­se­si­nin rü­şey­mi də elə ora­dan cü­cər­mə­yə baş­la­dı. Bun­dan son­ra­kı mər­hə­lə­də Ulu ön­dər öz fəa­liy­yə­ti­ni si­ya­si sa­hə­yə trans­fer et­dik­dən son­ra, yə­ni, 1969-cu il­də Azər­bay­can Kom­mu­nist Par­ti­ya­sı Mər­kə­zi Ko­mi­tə­si­nin bi­rin­ci ka­ti­bi se­çil­dik­dən son­ra ar­tıq bu rü­şeym da­ha bir mün­bit sfe­ra­ya düş­mək­lə si­ya­si po­pul­yar­lıq qa­zan­dı.

Ulu ön­dər Hey­dər Əli­yev  müs­tə­qil Azər­bay­can döv­lə­ti­nin  xi­las­ka­rı və me­ma­rı­dır

İlqar Əliyev,
Azərbaycan İdman Akademiyasının Məşqçilik təhsil proqramının rəhbəri,, dosent, Əməkdar məşqçi, “Əməkdar bədən tərbiyəsi və idman xadimi”, “Azərbaycan bayrağı” və bir çox mükafatlar laureatı



Вернуться назад