DataLife Engine > medeniyyet / gundem > AZƏRBAYCAN ATALAR SÖZLƏRİNDƏ DEMOKRATİZM

AZƏRBAYCAN ATALAR SÖZLƏRİNDƏ DEMOKRATİZM


Bu gün, 09:56. Разместил: heqiqet Bu yazı "28 May - Müstəqillik Günü"nə həsr olunur

Ümumbəşəri dəyər formalarından biri olmaq etibarı ilə demokratiya əslində haqq və ədalətin ölçü meyarlarından biridir və demokratik prinsip adlanır. Demokratiyanın tarixi qədimdir. Demokratiya empirik formada quldarlıqdan əvvəlki dövrdə ibidai icma dövründə olmuşdur. Demokratiyanın inkişafı XX əsrin ortalarına təsadüf edir. 10 dekabr 1948-ci ildə birləşmiş millətlər təşkilatının Baş Assambleyası preambula və 30 maddədən ibarət Ümumdünya insan hüquqları Bəyannaməsini qəbul edir. Bu sənəd beynəlxalq miqyasda insan hüquqları haqqında qəbul olunmuş ilk sənəd hesab olunur. 19 dekabr 1966-cı ildə mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt qəbul olunmuş və Paktı 49-cu maddəsinə görə 23 mart 1976-cı ildə qüvvəyə minmişdir.
Hüquqi dövlətin təşəkkül tapması idarə olunanların azadlıqlarının təminatı vasitəsi kimi qəbul olunur. Demokratik idarəetmədə hüquqi dövlətin reallaşması əsas şərtdir. Xalqın birbaşa və ya dolayı qərar vermə prosesinə qatılması, yəni iqtidarın demokratikləşməsi, azadlıqların rellaşması prosesi demokratik qanunların qəbul olunması və həyata keçirilməsi, demokratik adət-ənənələrin yaadılması və onların nəsildən nəsilə ötürülməsi, həmçinin nəzarət mexanizmlərinin tətbiqi, həm dövlət, həm də ictimai nəzarətin bərqərar olması yolu ilə həyata keçirilir. Demokartik adət-ənənələr coğrafi mövqeyindən, dini-etnik müxtəlifliyindən asılı olaraq spesisifikliyi ilə fərqlənməklə bütün xalqlara məxsusdur. Bəşəriyyətin işıqlı gələcəyi və bu günü olan demokratiya demokrtik prinsip kimi həyatın bütün sahələrini əhatə etmək üçün zəngxinləşməli, yeni-yeni çalarlar əxz etməlidir. Təəssüf ki, beynəlxalq aləmdə hal-hazırda kütləvi qırğın silahlarının təkminləşdirilməsi, əldə edilməsi üzrə sanki yarış gedir. “Yeni dünya nizami” adı altında əslində nizamsızlıq hərəkətləri baş verməkdədir.
Çoxmillətli Azərbaycan dövləti özünəməxsus demokrtik ənənələrə malikdir. Varisi olduğumuz 28 may 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti Şərq aləmində ilk parlamentli respublika idi. Qadınlara seçki hüququ verən ilk dövlət məhz Azərbaycan dövləti olmuşdur. 12 noyabr 1995-ci ildə Ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş, 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət Azərbaycan Respublikası Konstitusiyasının üçdə iki hissəsi insan hüquq və azadlıqlarının təmin olunmasına həsr olunmuşdur. Bu günlər real həyatda multukultural tərzi formalaşmışdır. Bu isə öz növbəsində demokratiyanın təntənəsi deməkdir.
Azərbaycan xalqının yaratdığı milli mədəniyyət içərisində atalar sözlərinin özünəməxsus yeri vardır. Min illərin süzgəcindən keçmiş, nəsillərin sınağı ilə təsdiq olunmuş atalar sözlərində mütləq və nisbi həyat həqiqətləri əks olunmuşdur.
Demokratiya, demokratik prinsip xalqın öz dilindən atalar sözləri vasitəsi ilə təqdim olunur.
İnkişaf, tərəqqi, tənəzzül.
1. Qəşənglik vardan olu, olmasa hardan olu.
2. Sakitliklə olan iş hay-həşirlə başa gəlməz.
3. Olmuş olacaqdan eyidir.
4. Nə əkərsən, onu biçərsən.
5. Yüz mamaça olsa güc doğana düşər.
6. Qarın qardaşdan irəlidi.
7. Əzəlin gəlincə axırın gəlsin.
8. Neylərəm qızıl teşti içinə qan qusam.
9. Zəhmətlə yeyilən acı soğan minnətlə yeyilən baldan şirindir.
10. Biyara get, bekar qalma.
11. Eşşəyə min, ata çatıncan.
12. Bir işi bitirməyincə, bir işə başlama.
13. Var evi kərəm evi, yox evi vərəm evi.
14. Vəsmə bol olanda qaşa da sürtərlər gözə də.
15. El gücü sel gücü.
16. Çobanın köpəyi kimi, nə yeyər, nə yedirdər.
17. Yayda başı bişənin, qışda aşı bişər.
18. Yazın hərəkəti, payızın bərəkəti.
19. Yayı kölgədə oturan qışda ocaq axtarar.
Haqq-ədalət.
1. Elin səsi – haqqın səsidir.
2. Çox çalışan çarıq yırtar, iş odu haqqa vura.
3. Artıq tamah döş yarar, daş qayıdıb baş yarar.
4. Adət qanun deyil, amma qanun qədər hökmü var.
5. Aclıqdan quduranı saxlamaq olar toxluqdan quduranı saxlamaq olmaz.
6. Acın qarnı doyar, gözü doymaz.
7. Aca nə halal, nə haram?!
8. Ac nə yeməz? Tox nə deməz?
9. Od olmasa tüstü çıxmaz.
10. Özündən yuxarı baxanda, özündən aşağı da bax.
11. Örkən nə qədər uzun olsa yenə dolanar doğanaqdan keçər.
12. Məsəldə münaqişə olmaz.
13. Düz söz daşdan keçər.
14. Atalar sözü Qurana girməz, amma Quran yanında gedər.
15. Çay min olar, çeşmə bir.
16. Dağına baxar qar verər, bağına baxar bar verər.
17. Doğru yol ilə gedən yorulmaz.
18. Hər aşığın bir dövranı olar.
Sülh, təhlükəsizlik
1. Birin yandırıb, birin qandırma.
2. Biri yeyər, biri baxar – qiymət onda qopar.
3. Özünə qıymadığını özgəyə qıyma.
4.Mən Allah-Allah ilə day öyrədirəm, sən papaq atıb hürküdürsən?!
5. Odu söndürüb külü ilə oynamazlar.
6. Eor olduq düstüsünə, qızınmaq istisinə.
7. Biləyi güclü olan birin yıxar, biliyi güclü olan minin.
8. Ay daş atan bəxtəvər, daşında bir vaxtı var.
9. Çoxluğa daş atılmaz.
10. Dünyada bir pislik qalar, bir yaxşılıq.
11. Nə qorx, nə də qorxunu ürəyindən çıxart.
12. Keçmə namərd körpüsündən qoy aparsın su səni, yatma tülkü kölgəsində, qoy yesin aslan səni.
İdarəetmə
1. Qanan kim, qandıran kim?
2. Bu daş bu tərəzi.
3. Bu ilki sərçə bildir ki, sərçəyə cia-civ öyrədir.
4. Bərəkət ondur, onu da düzlük.
5. Əvəl dəvəni ovsarla, sonra haqqa ismarla.
6. Əvvəl namaz, sonra niyaz.
7. Böyük danışanı kiçik götürər.
8. Böyük olanın qurşağı gen gərək.
9. Birin yandırıb, birin qandırma.
Qlobal münasibətlər
1. iki qibləyə namaz olmaz.
2. Dünya sənin, dünya mənim, dünya heç kimin.
2. Ayının min bir oyunu var – hamısı bir armud üstədir.
4. Dərd bir olsa ağlamağa nə var.
5. Deyən Xalıx döyül, dedirən Xalıxdı.
6. El bir olsa dağ oynadar.
7. Bilmədiyin bildiyindən çoxdur.
8. Cüzvi külliyə tabedi.
9. Dünyada hər an mərdə arxalan.
10. Zülm ilə abad olan bir gün bərbad olar.
Tərəfdaşlıq
1. Kölgədə bitən ağacın meyvəsi olmaz.
2. Kölgədə olanın kölgəsi olmaz.
3. Baş-başa verməiyncə daş yerindən qopmaz.
4. Özgə özgənin namazın dəstəmazsız qılar.
5. Şərti şumda kəs, xırmanda yabalaşma.
6. Köhnə bazara təzə nırx qoyma.
7. Əvvəl yoldaş sonra yol.
8. Görülmüş işdən gül iyi gələr.
9. Hazır yeməyə dağlar dayanmaz.
10. Özünə qıymadığını özgəyə qıyma.
11. Bərəkət ondur, onu da düzlük.
Birgə yaşayış
1. Kərki olub öz tərəzinə yonma, mişar ol hər iki tərəfə yon.
2. Öz qədrin bölməyən özgə qədrin heç bilməz.
3. Bağa bax üzüm olsun, yeməyə üzün olsun.
4. Cəfasın çəkən səfasın görər.
5. Yaxşı getməyincə qədri bilinməz.
6. İgidin igiddən nəyi artıqdır? – ehtiyatı.
7. El-elə sığışar, ev-evə sığışmaz.
8. El yığılsa zərbi kərən sındırar.
9. Acını dadmayan şirini bilməz.
10. Qələndər dərd əlindən doğa çıxıb, görən deyir: bəxtəvər yaylağa çıxıb.
11. Qəlbi ki, var, şüşədir, sındırma yanınmaq olmur.
12. Eşqdir mehrabı uca göylərin, eşqsiz ey dünya nədir dəyərin.

AZƏRBAYCAN ATALAR SÖZLƏRİNDƏ DEMOKRATİZM

Məsum Kamal oğlu Əliyev
Kürdəmir rayonu Karrar Ailə-Sağlamlıq mərkəzinin bölmə müdiri
03 iyun 2026-cı il
Вернуться назад