DataLife Engine > hadise > Lənkəranda 32 yaşlı kişi şəlalədə çimərkən boğulub

Lənkəranda 32 yaşlı kişi şəlalədə çimərkən boğulub


Bu gün, 20:17. Разместил: heqiqet Lənkəranda şəlalədə bədbəxt hadisə baş verib.

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə rayonun Biləsər kəndi yaxınlığında yerləşən Biləsər şəlaləsində bir nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları cəlb olunublar.

Aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində 1994-cü il təvəllüdlü Quliyev Elvin Asif oğlunun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

İlkin məlumata görə, 32 yaşlı E.Quliyev şəlalədə çimərkən boğulub.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Вернуться назад