“Vətəni sevmək imandandır” – Vətən sevgəsinin, şəhidlik zirvəsinin və tarixi yaddaşın təntənəsi.
Bu gün, 15:40. Разместил: heqiqet
Kitabın üzərində həkk olunmuş “44 gün, 44 şəhid” ifadəsi sadəcə bir rəqəm deyil, xalqımızın şanlı tarixinin, əzminin və zəfərinin rəmzidir. “44 gün” – Azərbaycan Ordusunun İkinci Qarabağ Müharibəsində qazandığı möhtəşəm Qələbəyə, işğal altında olan torpaqlarımızın azadlığına gedən müqəddəs yolun ifadəsidir. “44 şəhid” isə Vətən uğrunda canından keçərək əbədiyyətə qovuşmuş qəhrəman övladlarımızın ölməz xatirəsinə ehtiramın təcəssümüdür.
Bu əsərdə müəllif 44 şəhidimizin həyat yolunu, onların vətənə sədaqətini, torpağa bağlılığını, qəhrəmanlıq nümunələrini və müqəddəs amal uğrunda göstərdikləri fədakarlıqları böyük ustalıqla qələmə almışdır. Kitabı oxuyan hər bir insan şəhidlərimizin keçdiyi şərəfli ömür yolunu yenidən yaşayır, onların müqəddəs ruhu qarşısında baş əyir və Vətən sevgəsinin nə qədər uca bir dəyər olduğunu daha dərindən anlayır.
Hacı Həsən Hüseyninin qələminin gücü də məhz buradadır. O, hadisələri sadəcə yazmır, onları yaşadır. Oxucu sanki kitabın səhifələrində qəhrəmanların addım səslərini eşidir, onların arzularını, hisslərini və müqəddəs amallarını duyur. Çünki müəllif özü də Qarabağın müdafiəsi və torpaqlarımızın azadlığı uğrunda döyüşmüş, sağlamlığını Vətən yolunda fəda etmiş Qarabağ qazisidir. O, bu sətirləri yazarkən təkcə tarixə müraciət etməmiş, eyni zamanda həmin günləri bir daha qəlbində yaşamışdır.
Bu dəyərli əsərin müəllifi Hacı Həsən Hüseynini səmimi qəlbdən təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayıram. İnanıram ki, onun qələmi bundan sonra da şəhidlərimizin müqəddəs xatirəsini yaşadacaq, gənc nəsildə vətənpərvərlik ruhunun möhkəmlənməsinə xidmət edəcək və milli-mənəvi dəyərlərimizin təbliğində mühüm rol oynayacaqdır.
Qələminiz daim iti, sözünüz təsirli, yolunuz uğurlu olsun, dəyərli Hacı Həsən Hüseyni! Yazdıqlarınız gələcək nəsillər üçün yalnız kitab deyil, həm də Vətən sevgəsinin, qəhrəmanlıq ruhunun və milli yaddaşımızın əbədi salnaməsidir.
Hörmətlə və böyük ehtiramla
Hikmət Ağamirov.
Вернуться назад