İordaniyada futbol matçını izləyən azarkeşlər arasında yaşanan izdiham zamanı bir nəfər ölüb
Bu gün, 11:50. Разместил: heqiqet
İordaniya və Əlcəzair milliləri arasında keçirilən qarşılaşmanın ictimai nümayişi zamanı baş verən sıxlıq nəticəsində 1 nəfər həyatını itirib, 8 nəfər xəsarət alıb.
Hadisə Əmmanın mərkəzində yerləşən Əl-Haşimiyyə meydanında qeydə alınıb. Yaralılar xəstəxanaya çatdırılıb. Onlardan birinin aldığı xəsarətlər səbəbindən vəfat etdiyi bildirilib.
İordaniyanın İctimai Təhlükəsizlik İdarəsinin nümayəndəsi Amir əs-Sərtavi faktla bağlı araşdırmalara başlanıldığını açıqlayıb.
Вернуться назад