Damət Salmanoğlu
19-07-2026, 20:46. Разместил: heqiqet
Damət Salmanoğlu
Xəzərin füsunkar mənzərəsini seyr edərkən suyun necə böyük bir İlahi nemət olduğunu bir daha dərindən hiss etdim. Həmin duyğuların təsiri ilə bu şeir qələmə alındı.
Su…
Nə qədər böyük
Hikmətin vardı,
Bütün canlılar sənə möhtacdı.
İlahi möcüzə,
Həyat var səndə.
İnsanın varlığı, bütün vücudu,
Çamuru, mayası hamısı səndə…
Dənizlər, okeanlar,
İlahi nemət.
Bilinən, bilinməyən
Sirli bir aləm…
Yaradan Memara deyilir əhsən!
19.07.2026
Вернуться назад