DataLife Engine > dunya > Çilidə güclü yağış və fırtına nəticəsində 10 nəfər ölüb

Çilidə güclü yağış və fırtına nəticəsində 10 nəfər ölüb


Dünən, 20:11. Разместил: heqiqet Çilidə güclü yağış və fırtına nəticəsində 10 nəfər ölüb Çilidə müşahidə olunan güclü yağışlar və fırtına küləkləri nəticəsində 10 nəfər həyatını itirib.

Bu barədə Çilinin Milli Fəlakətlərin İdarə Edilməsi Xidmətinin direktoru Alisiya Sebrian bildirib. Onun sözlərinə görə, Atakama bölgəsindən Araukaniyaya qədər ərazilərdə hava şəraiti nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.

Bildirilib ki, təbii fəlakət nəticəsində azı 4 nəfər itkin düşüb, 17 nəfər xəsarət alıb. 1168 nəfər sığınacaqlara yerləşdirilib, əsasən Atakama və Kokimbo bölgələrində 104 mindən çox insan rabitə əlaqəsindən məhrum olub.

Güclü yağıntılar nəticəsində 2000-dən çox evə ziyan dəyib, 76 yaşayış binası dağılıb, 138 min nəfər elektrik enerjisiz qalıb.

Əlverişsiz hava şəraiti ilə əlaqədar Kokimbo bölgəsində və Atakama ərazisindəki Uasko əyalətində fövqəladə vəziyyət elan edilib.
Вернуться назад