DataLife Engine > tehsil > Professor İsmixan Rəhimovun sevimli tələbələrindən biri...

Professor İsmixan Rəhimovun sevimli tələbələrindən biri...


Bu gün, 18:52. Разместил: heqiqet İnsanları tanımaq üçün rəsmi sənədlərə ehtiyac yoxdur. Bu baxımdan, 1971-ci ildən tanıdığımız gözəl ziyalı, ingilis, fransız və rus dillərinin mahir uzmanı Azərbaycan Pedaqoji Universitetin Şamaxi filialının Dil və Ədəbiyyat kafedrasının (ingilis dili ixtisası üzrə) Baş müəllimi RƏNA KAZIM qızı HÜSEYNOVANIN işıqlı xatirəsi həmişə qəlbimizdə yaşayacaqdır.
Bu gün Rəna müəllimin sinif və tələbə yoldaşları onunla cismani ayrılığın son məkanına toplaşıb...
Haqqında söz açacağımız RƏNA MÜƏLLİM məhəbbətlərin fövqündə tanıdığımız, münasibətdə TARAZLIQ MÜHİTİNİ qoruyan, sabit xarakterli əsl kübar AZƏRBAYCAN ziyalısıdır(idi). Onun haqqında keçmiş zamanda danışmaq olmur. Rəna xanımın daxili interyerini tanıyanlar, ONUN BÖYÜK ŞƏXSİYYƏT olduğuna şəkk etməz(edəməz). Onun mahiyyəti birmənalı al-əlvan olub. İnanın, ŞEYX NİZAMİNİN təsvir etdiyi, adının daşıyıcısı RƏNA olub. Hər kəsə qucaq açan, halal süfrəsində min bir nemətə qonaq edən MƏRDANƏ, VƏTƏNPƏRVƏR canlı əfsanə, kritik, nadir xarakterli insanın vaxtsız bu fani dünyadan köçməsinin fövqündə deyilik...
Bizim hamımızı həmişə bir araya gətirən RƏNA MÜƏLLİM, bu gün yenə bilavasitə son dəfə, öz vida mərasiminə topladı. Zaman-zaman bir sinifdə oxuyan, eyni ali təhsil ocağında nəfəs-nəfəsə, PROFESSOR İSMİXAN RƏHİMOV zirvəsində USTAD linqivistlərin pedoqoji ruhundan bəhrələnən tələbə yoldaşları axışıb ŞAMAXIYA gəliblər. Onu yad edənlər sırasında ingilis, fransız və rus dilləri üzrə ali kateqoriyalı mütəxəssis HACI AĞADADAŞ CƏFƏROV, SEVİLƏN GÖRKƏMLİ TƏHSİL XADİMİ SƏDAQƏT QULİYEVA, ŞƏHLA XANIM, SVETLANA TEYMUROVA və sətirlərin müəllifi NATELLA ASENA vardı...
Bura Şamaxıdır. Dünyada ilk Elmlər Akademiyasının yarandığı mübarək məkan... Şirvavi, Sabir diyarı.
Biz kədər içində APU-in Şamaxı filialının rəhbərliyinə, övladları Ramil, Zəka, Hikmət bəyə, gəlinləri- Şəhla, Sədaqət və Yasəmən müəllimə, qudaları- Tahirə xanım və Şəfa xanıma, sevimli nəvəsi SÜLEYMAN HİKMƏT OĞLU HÜSEYNOV başda olmaqla Vüsət, Güllü, Zəhra və Ramala baş sağlığı veririk. RƏNA XANIMIN yaxınlarına, müəllim yoldaşlarına, qohumlarına, onun sevdiklərinə və onu sevənlərə SƏBR diləyirik.
ALLAH RƏHMƏT ELƏSİN!
YERİ BEHİŞT OLSUN!
MƏKANI CƏNNƏT OLSUN! AMİN!!!

Natella ASENA
AJB və AYB- nin üzvü
Вернуться назад