DataLife Engine > sosial > “Çörəyi ver çörəkçiyə, birini də üstəlik...”

“Çörəyi ver çörəkçiyə, birini də üstəlik...”


Dünən, 23:38. Разместил: heqiqet Elə insanlar var ki, onlar yalnız aid olduqları məmləkətin havası, suyu ilə nəfəs alırlar, onları yad münasibətlər heç bir səmtə çəkə bilmir. Birmənalı, səmimi etiraf edək ki, Qax rayonunun yeni icra başçısı Elvin Paşayev də məhz belə vacib insanlardandır. Bir jurnalist olaraq onun haqqında mətbuatda çox yazılar oxumuş, şifahi çox şey eşitmişik. Bu deyilənləri əlimizdə əsas tutaraq qiyabi də olsa, əhsən demişik və ona rəğbətimiz artıb...

Elvin Paşayevin dövlət sevgisi, illərdir könül verdiyi dövlətçilik işi ictimai-siyasi müstəvidə birmənalı qarşılanır və mühüm əhəmiyyət əhəmiyyət kəsb edir. O, rəhbəri olduğu rayonun təhsil, səhiyyə, mədəni-maarif, xüsusilə də kənd təsərrüfat sahələrinin inkişafına xüsusi diqqət yetirir, bu əzmkarlığı ilə dövlətin iqtisadi siyasətində mühüm rol oynayır.
Ümumiyyətlə, gənclərin həyata baxışının formalaşmasında dövlətçilik prinsipləri ümdə rol oynayır. Bu zəmində inam və etiqad hissi ilə ölkə dəyərlərinə bağlanan, işində dövlətə sadiqlik aşılyaan Elvin Paşayev Göygöl rayonuna rəhbərlik edəndə də dövlətçilik sevgisini əllərində əsas tutmuş, üzərinə götürdüyü məsuliyyəti dərindən dərk etmiş, qarşısına qoyulmuş tapşırıqları şərəf və vicdanla yerinə yetirmişdir. Məhz onun bu etibarlılığı, ona göstərilən etimadı doğrultması səbəbindəndir ki, ölkə Prezidenti cənab İlham Əliyevin 12 noyabr 2025-ci il tarixli 810 saylı sərəncamı ilə Elvin Paşayev Qax Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Bu etimadın da bir adı var: işinə can yandırmaq, tələnkarlıq və qətiyyətlilik, vicdan və dərin məsuliyyət hissi ilə dövlətçilik ənənələrinə sadiqlik nümayiş etdirmək, dövləti sevmək və onu göz-bəbəyi kimi qorumaq. Bütün bunlar Elvin Paşayevin bacarıqlı kadr olmasını, vəzifəsini inamla icra etməsini şərtləndirir.
Hazırda Elvin Paşayevin 43 yaşı var. Bu yaşda bir insanın yüksək vəzifələr tutması elə-belə hal deyil, bu, o anlama gəlir ki, etibarlı insan üçün yaş o qədər də vacib nüans deyil, onun dövlətə sadiqliyi, dövlətçi missiyaları şərəflə yerinə yetirməsi, ən əsası da, ölkə Prezidentinin etimadını doğrultması əldə rəhbər tutulur. Elvin Paşayevin gənc yaşlarında ard-arda icra başçısı vəzifəsinə təyin edilməsi məhz belə bir halın göstəricisidir.
Bu gün Qax rayonunda balacadan böyüyə hər kəs hörmətli Elvin Paşayevin gördüyü işlərdən razılıq edir. Bu gün Qax rayonunda aparılan uğurlu dövlətçilik siyasətinin başlıca məziyyətləri bu dinamik vəziyyəti qabarıq ehriva edir. Ən əsası, bu gün Qax rayonunda Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun bütün işlər səciyyəvi hal alıb, Qax rayonu yeni görkəm alıb, rayonda ictimai-siyasi və mədəni inkişaf əhalinin ürəyindən xəbər verir.
Bu dediklərimizin fonunda Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevi ad günü münasibətilə ürəkdən təbrik edir, can sağlığı, Qax rayonunun daha inamlı inkişafı yolunda ona yorulmazlıq arzulayırıq.
Atalarımız əbəs yerə deməyiblər: “Çörəyi ver çörəkçiyə, birini də üstəlik...”.

İlkin Əzizxanoğlu,
"Həqiqıtlər və faktlar" qəzetinin və Heqiqet.az saytının baş redaktoru
Вернуться назад