Şimali Kiprdə bərə faciəsi: 23 nəfər hələ də itkin düşmüş hesab olunur
Bu gün, 13:28. Разместил: heqiqet
Bazar günü Girnedən Mersinə hərəkət edən və göyərtəsində 267 sərnişin olan bərənin batması nəticəsində səkkiz nəfər ölüb. Araşdırmaya başlanılıb, artıq səkkiz nəfər saxlanılıb.
Şimali Kiprin Baş naziri Ünal Üstelin sözlərinə görə, hadisənin bütün məqamları araşdırılacaq. “Ən kiçik səhlənkarlıq belə aşkar olunarsa, təqsirkarlar və məsul şəxslər cəzasız qalmayacaqlar”, - deyə o qeyd edib.
Hakimiyyət orqanları gəminin kapitanını və heyət üzvlərini dindirmək üçün saxlayıb.
Şimali Kiprdə üçgünlük matəm elan olunub.
Вернуться назад