Moldovada hökumət istefaya göndərildi
29-10-2015, 18:18. Разместил: heqiqet
Moldovada hökumət istefaya göndərilib.Bu gün parlamentdə keçirilən səsvermənin nəticəsi olaraq baş nazir Valeri Streletsin başçılıq etdiyi hökumətə etimadsızlıq göstərilib.
Nazirlər Kabinetinə etimadsızlıq göstərilməsi haqqında qətnamənin lehinə 101 deputatdan 65-i səs verib. Onlar müxalif Sosialistlər Partiyası, Kommunistlər Partiyası və Demokratik Partiyadan ibarət fraksiya üzvləridir.
Hökumətə etimadsızlıq göstərilməsi barədə qətnamə layihəsi parlamentə oktyabrın 22-də Sosialist və Kommunist partiyaları üzvləri tərəfindən təqdim olunub.
Вернуться назад