“Moskva-İrəvan” avtobusu aşdı: 7 ölü, 35 yaralı
3-11-2015, 18:12. Разместил: admin
Rusiyanın Tula vilayətində ötən gecə “Moskva-İrəvan” avtobusunun aşması nəticəsində ölənlərin say 7-yə çatıb, 35 nəfər yaralanıb.Bu barədə “RİA Novosti”yə bölgənin xilasetmə qurumlarındakı mənbə bildirib.
“Avtobusda 63 sərnişin olub, 35 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan 7-nin vəziyyəti ağır, 10 nəfərin – orta ağırdır”, deyə mənbə bildirib.
Вернуться назад