DataLife Engine > tehsil > Evdə təhsil alanlara 20 manat ödəniləcək

Evdə təhsil alanlara 20 manat ödəniləcək


15-05-2015, 21:12. Разместил: heqiqet Evdə təhsil alanlara 20 manat ödəniləcək
Ümumtəhsil məktəblərində evdə təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə uşaqlarını sağlamlıq və reabilitasiya mərkəzlərinə, eyni zamanda tibb müəssisələrinə aparıb-gətirmək üçün hər ay müavinət ödəniləcək.
Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə,ödəniləcək müavinətin məbləği 20 manat təşkil edir.
Nazirlər Kabinetinin 15 aprel tarixli 108 nömrəli qərarına uyğun olaraq, müavinətlər fevral ayından hesablanacaq və onların ödənilməsi yerli təhsil qurumları tərəfindən həyata keçiriləcək.
Вернуться назад