DataLife Engine > hadise > Dələduzlara 15 il cəza verildi

Dələduzlara 15 il cəza verildi


12-11-2015, 17:12. Разместил: admin Dələduzlara 15 il cəza verildi Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elşən Mirzəyev, Vüsal Musayev və Zaur İsayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Mahmud Ağalarovun sədrliyi keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən Elşən Musayev 9 il müddətə azadlıq məhrum edilib. O, Məhkəmə zalında həbs edilib. Vüsal Musayev və Zaur İsayev barəsində isə 3 il sınaq müddəti seçilməklə şərti cəza verilib.
Qeyd edək ki, həmin bu şəxslər saxta sənədlərlə ev alqı-satqısı ilə məşğul olublar. Hər 3 şəxs Cinayət Məcəlləsinin 178.3.2( külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunublar. Onlar istintaq dövründə şərti azadlıqda olublar.
Вернуться назад