Bakının girişində dəhşətli qəza: ölən və xəsarət alan var
19-05-2015, 12:52. Разместил: heqiqet
Avtomobil tamamilə yararsız vəziyyətə düşüb Bakıda ağır yol qəzası baş verib. Heqiqet.az-ın Lent.az-a istinadən məlumatına görə, Səbail rayonu, Bibiheybət qəsəbəsi ərazisində, Dostluq küçəsi 5 ünvanının qarşısında 1963-cü il təvəllüdlü İsmayılov Mirağa Xalıq oğlunun idarə etdiyi "VAZ 2107" markalı 10 OC 303 nömrə nişanlı avtomobil maneəyə çırpılıb. Nəticədə sürücü hadisə yerində keçinib. Avtomobildə olan sərnişin Yasamal rayon sakini, 1956-cı il təvəllüdlü Əzizov Bayram Əvəz oğlu isə xəstəxanaya yerləşdirilib.
Вернуться назад