Rusiya Türkiyə səmasında müşahidə uçuşlarına başladı
15-12-2015, 17:37. Разместил: heqiqet
Rusiya açıq havasahəsi anlaşması çərçivəsində Türkiyə səmasında müşahidə uçuşlarına başlayıb.Rusiya tərəfi müşahidə uçuşunu “An-30B” təyyarəsi ilə həyata keçirir. Təyyarə Ərzurumdan havaya qalxır və Türkiyə tərəfinin müəyyən etdiyi marşrut üzrə hərəkət edir. Proses dekabrın 18-də yekunlaşacaq.
Qeyd edək ki, açıq səma anlaşması ATƏT çərçivəsində qarşılıqlı anlayışı və etimadı gücləndirmək üçün 1992-ci ildə imzalanıb.
Вернуться назад