DataLife Engine > hadise > "Nazirlikdə işə düzəlmək" üçün 1200 manat verdi

"Nazirlikdə işə düzəlmək" üçün 1200 manat verdi


15-12-2015, 17:49. Разместил: heqiqet "Nazirlikdə işə düzəlmək" üçün 1200 manat verdi Bakıda dələduzluq hadisəsi baş verib. Polisə müraciət edən 1990-cı il təvəllüdlü, Xətai rayon sakini Ağayev Ehtiram Əliağa oğlu bildirib ki, tanışı onun xeyli pulunu mənimsəyib.
E.Ağayev qeyd edib ki, "nazirliklərdən birində işə düzəlmək" üçün bu il aprelin 15-də metronun "İçərişəhər" stansiyasının qarşısında Hüseynov Xəqani Oqtay oğluna 1200 manat verib. Həmin şəxs 25 yaşlı oğlana verdiyi vədə əməl etməyib və aldığı pulu geri qaytarmayıb.
Müraciət əsasında araşdırma aparılır.
Вернуться назад