Bakı Ali Neft Məktəbində semestr imtahanlarını britaniyalı müəllimlər keçirir
21-12-2015, 11:01. Разместил: heqiqet
Bakı Ali Neft Məktəbinə Heriot-Vatt Universitetindən ezam edilmiş heyət - Heriot-Vatt Universitetinin Mühəndislik və təbiət elmləri fakültəsinin (MTE) tədris və təlim üzrə direktoru Mak Klaf Kevin, Kimya mühəndisliyi üzrə tədris qrupunun rəhbəri Culian Qudvin, fakultənin təlim və tədris üzrə meneceri Patrisiya Dankan, fakültənin mühəndislik proqramının direktor köməkçisi Aleksandr Bel, fakültənin professoru Qreym Vayt Böyük Britaniyada tərtib olunmuş imtahan sualları əsasında BANM-də imtahanları təşkil edir, onların gedişinə nəzarət edirlər.
BANM Azərbaycanda yeganə ali təhsil müəssisəsidir ki, burada biliyin qiymətləndirilməsi xarici ölkə universiteti tərəfindən həyata keçirilir. BANM-nin “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisaslarının 2-ci, 3-cü və 4-cü kurs tələbələri sessiya ərzində “Emal sənayeləri”, “Emal mühəndisliyi”, “Kimyəvi reaktivlik”, “Mühəndislər və alimlər üçün riyaziyyat 1 və 3”, “Mühəndis¬liyin əsasları”, “Mexanika mühəndisliyi elmi 3”, “Qazıma mühəndisliyi” və digər fənlərdən yazılı imtahan verirlər.
Qeyd edək ki, tələbələrin yazılı cavabları imtahandan sonra sürətli poçt xidməti vasitəsilə qiymətləndirmə üçün Edinburqa, Heriot-Vatt Universitetinə göndərilir. İmtahan prosesinin bu şəkildə təşkil edilməsi nəticələrin şəffaf və obyektiv qiymətləndirilməsinə tam təminat yaradır.
Вернуться назад