DataLife Engine > idman > Lionel Messi "Qızıl top"un sahibi oldu

Lionel Messi "Qızıl top"un sahibi oldu


12-01-2016, 09:06. Разместил: heqiqet Lionel Messi "Qızıl top"un sahibi oldu Yanvarın 11-i 2015-ci ilin ən yaxşı futbolçusuna veriləcək "Qızıl top"un yeni sahibi müəyyənləşib.
İsveçrənin Sürix şəhərində keçirilən tədbirdə FİFA-nın sorğusuna əsasən, "Barselona"nın argentinalı hücumçusu Lionel Messi ötən ilin ən yaxşısı seçilib. O, səsvermədə "Real Madrid" klubunun futbolçusu Kriştiano Ronaldonu, "Barselona"dan isə Neymarı qabaqlayıb.
Bununla da, Messi 5-ci dəfə "Qızıl top"-a sahib çıxmaqla dünya futbol tarixində ilkə imza atıb.
Xatırladaq ki, Messi 2009, 2010, 2011 və 2012-ci illərdə bu mükafatı qazanmışdı.
Вернуться назад