Qurban Qurbanov: "Şahin Diniyevi təbrik edirəm"
15-02-2016, 13:02. Разместил: heqiqet
“Şahin Diniyevi təbrik edirəm. Çox yaxşı və istəkli kollektiv formalaşdıra bilib”. Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.Topaz Premyer Liqasının XXI turu çərçivəsində səfərdə “Kəpəz”lə qarşılaşan ağdamlılar 2:1 hesablı qələbə qazanıblar.
Oyundan sonra açıqlama verən Qurbanov qarşılaşmanı belə dəyərləndirib: “Çempionluq yolunda bəlkə də ən vacib 3 xalı qazandıq. Belə meydançada və bu cür azarkeş kütləsi qarşısında çıxış etmək o qədər də asan deyil. Mümkün qədər diqqətli oynayıb, iki standart vəziyyətdən maksimum istifadə etdik. Qələbə münasibətilə komandamı da, azarkeşlərimizi də təbrik edirəm”.
Вернуться назад