DataLife Engine > iqtisadiyyat > Vahid Ələkbərovdan neftlə bağlı bədbin proqnoz

Vahid Ələkbərovdan neftlə bağlı bədbin proqnoz


20-04-2016, 12:39. Разместил: heqiqet Vahid Ələkbərovdan neftlə bağlı bədbin proqnoz ““Lukoyl” neft hasil edən ölkələrin dondurma ilə bağlı danışıqlarında hər hansı nailiyyət gözləmir”.
Heqiqet.az “Qafqazinfo” istinadən xəbər verir ki, belə açıqlama ilə şirkətin prezidenti Vahid Ələkbərov çıxış edib:
“Düşünürəm ki, ölkələr arasındakı dialoq davam edəcək, lakin hansısa irəliləyiş gözləmirik”.
Xatırladaq ki, neft hasil edən ölkələr aprelin 17-i Dohada baş tutan görüşdə “qara qızıl”ın hasilatının dondurulması ilə bağlı razılığa gələ bilməyiblər. Daha əvvəl sazişin bağlanmasına razılıq verən Səudiyyə Ərəbistanı Doha danışıqlarında kəskin mövqe ortaya qoyub. O, İranın iştirakı olmadan hər hansı sazişi dəstəkləməyəcəyini bəyan edib. İran isə öz növbəsində bu məsələni ancaq sanksiyadan əvvəlki, gündəlik 4 milyon barell səviyyəsinə çıxdıqdan sonra müzakirə etməyə hazır olduğunu bildirib və Doha görüşündə iştirakdan imtina etmişdi.
Neft hasil edən ölkələrin növbəti görüşü iyunda Vyanada baş tutacaq.

Вернуться назад