DataLife Engine > siyaset > Ali Baş Komandan cəbhə bölgəsində

Ali Baş Komandan cəbhə bölgəsində


2-05-2016, 09:39. Разместил: heqiqet Ali Baş Komandan cəbhə bölgəsində Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Ermənistan silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər, Ağdam və Bərdə rayonlarında olublar. Ölkə başçısı əvvəl Tərtər rayonundakı “N” saylı hərbi hissədə olub. Müdafiə naziri Zakir Həsənov hərbi hissənin qərargahı ilə tanış olan Ali Baş Komandan İlham Əliyevə təmas xəttindəki son vəziyyət barədə məlumat verib.
Prezident İlham Əliyev təmas xəttində baş verən son hadisələrdən danışaraq dedi ki, həmişə Ermənistana beynəlxalq təzyiqlər artan zaman işğalçı dövlət danışıqlar prosesindən yayınmaq üçün atəşkəs rejimini pozur və təxribata əl atır.
Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 27-dən 28-nə keçən gecə işğalçı Ermənistan ordusu tərəfindən iriçaplı silahlar və artilleriya qurğularından açılmış atəş nəticəsində zərər çəkmiş yerlərdəki dağılmış evlərə baxdılar.
Sakinlərlə söhbət zamanı Prezident İlham Əliyev dəymiş ziyanın tezliklə aradan qaldırılacağını bildirdi.
Sakinlər Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya minnətdarlıqlarını bildirdilər. Qeyd etdilər ki, onlar Ali Baş Komandana və qüdrətli Azərbaycan Ordusuna arxalanaraq düşmənlə üz-üzə mövqedə yaşayırlar.
Ali Baş Komandan cəbhə bölgəsində
Ali Baş Komandan cəbhə bölgəsində
Вернуться назад