Ronaldunun 17-ci yarımfinalı
6-05-2016, 10:46. Разместил: heqiqet
Zədə səbəbindən Çempionlar Liqasında yarımfinal mərhələsinin "Mançester Siti" ilə ilk görüşündə iştirak etməyən portuqaliyalı futbolçu cavab matçında meydana çıxıb.
Bu, 31 yaşlı futbolçunun karyerasında 17-ci yarımfinal matçı olub. Ronaldu bu göstəricidə "Bavariya"nın və İspaniya millisinin yarımmüdafiəçisi Xabi Alonso ilə yarışır. Alonso da Ronaldu kimi 17 dəfə Çempionlar Liqasının yarımfinalında oynayıb. Lakin Alonsodan fərqli olaraq Ronaldunun komandası finala adlayıb. "Kral klubu" finalda elə "Bavariya"nı mübarizədən kənarlaşdıran "Atletiko" ilə qarşılaşacaq.
Qeyd edək ki, cari mövsüm Çempionlar Liqasında 11 oyun keçirən Ronaldu 16 qol vurub və 4 məhsuldar ötürmə verib.
Вернуться назад