DataLife Engine > sosial > Nabran çimərliklərində vəziyyət ürəkaçan deyil

Nabran çimərliklərində vəziyyət ürəkaçan deyil


24-05-2016, 19:34. Разместил: heqiqet Nabran çimərliklərində vəziyyət ürəkaçan deyil Xaçmaz Gigiyena və Epidemiologiya Mərkəzi qurumlara xəbərdarlıq məktubu göndərməklə kifayətlənir.

Xəzər dənizinin Nabran sahillərində vəziyyət sözün həqiqi mənasında acınacaqlıdır. Heqiqet.az ANS TV-yə istinadən xəbər verir ki, paytaxt Bakıdan fərqli olaraq Nabranda Xəzər dənizi sahili tam hasara alınmasa da açıq ərazilər dincəlmək üçün tamamilə yararsızdır.
Nabranda özəl çimərlik sahəsi ilə qeyri-özəl çimərlik sahəsi arasında xeyli fərq var. Özəl çimərlik sahəsi, təmiz, səliqəli-səhmanlıdırsa, qeyri özəl çimərlikdə olduqca natəmizlik hökm sürür.
Nabranda dəniz sahillərində özəl çimərliklər çoxdur. Belə çimərliklər əsasən sahilin münasib yerində yaradılıb. Lakin burada qiymətlərin həddən çox yüksək olması səbəbindən bir anlıq pulsuz istiqamətlərə üz tutmaq istəyir.
Amma gördüyünüz vəziyyətin ürəkaçan olmaması turistlərə seçim imkanı qoymur. Ərazisi kələ-kötür və çimərlik üçün münasib olmayan bu istifadəyə açıq yerlərdə istirahət sadəcə mümkün deyil.
Ərazidə ümumiyyətlə, təmizlik işlərinə hələ başlanılmayıb, yerli rəsmilər bunu çətinliklərin olması ilə izah edirlər. Ərazidə hökm sürən natəmizliyə nəzarət etməli olan Xaçmaz Gigiyena və Epidemiologiya mərkəzi qurumlara xəbərdarlıq məktubu göndərməklə kifayətlənir.
"Zibil məsələsinə görə bizdə bir az çətinlik var. Nəqliyyat vasitəsi yoxdur, başa düşürsüz?!. İstirahət mərkəzlərinə millət axşıb gəlir. Bizim də bir maşınımız var", - deyə Nabran icra nümayəndəsi Nəzakət İskəndərova mövcud problemlərdən danışarkən bildirib.
Bu turizm rayonundakı vəziyyətlə bağlı Xaçmaz İcra Hakimiyyətindən isə yalnız bildirildi ki, mövsüm başlayana qədər Nabran çimərliklərində səliqə-sahman yaradılması üçün ciddi tapşırıq verilib.
Ərazidə yolların bərpasına başlanılıb. Nabranın qazlaşdırılması üçün İH-dən Dövlət Neft Şirkəti qarşısında məsələ qaldırılıb. Bir sözlə, bütün bu hazırlıqlar bitməli olduğu vaxtda başladığından çətin ki, mövsümdə ciddi dəyişikliklər gözlənilsin.


Вернуться назад