SOCAR-ın Cenevrədəki ofisi fəaliyyətini dayandırıb
25-05-2016, 10:13. Разместил: heqiqet
"Dünya bazarında neftin üç dəfəyədək ucuzlaşmasından sonra SOCAR xərclərinin optimallaşdırılmasını və bəzi struktur bölmələrinin restrukturizasiyasını nəzərdən keçirib. Beləliklə, SOCAR-ın xarici ölkələrdəki nümayəndəliklərinin fəaliyyətinə də yenidən baxılmalı oldu. SOCAR İsveçrədə üç müxtəlif strukturla təmsil olunmuşdu - bu ölkədəki rəsmi nümayəndəliklə, "SOCAR Trading" və "SOCAR Energy Switzerland". Verilən qərara əsasən, SOCAR-ın Cenevrədəki nümayəndəliyi fəaliyyətini dayandırdı", - deyə diplomat qeyd edib.
Səfir qeyd edib ki, SOCAR İsveçrədə fəaliyyətə başlayan zaman ictimaiyyət onun perspektivlərinə skeptik yanaşıb: "Lakin hazırda SOCAR rəqabətqabiliyyətli bir şrikətə çevrilib və müştərilər ondan razıdır".
Вернуться назад