Elmar Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb
1-06-2016, 08:58. Разместил: heqiqet
XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, görüş zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin mümkün olan ən tez bir zamanda irəlilədilməsi məqsədilə iyun zirvə toplantısına hazırlıq üçün Vyana görüşünün nəticələri müzakirə edilib.
Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin iyun ayında keçirilməsi planlaşdırılan görüşünün ləğv edilməsi barədə xəbərə münasibət bildirən Hikmət Hacıyev vurğulayıb ki, belə bir görüşün keçirilməsi təklif olunmayıb və nəticə etibarilə planlaşdırılmayıb.
Вернуться назад