DataLife Engine > sou > İlhamə Quliyevanın köməkçisini kim təhdid edir? - ŞOK AÇIQLAMA

İlhamə Quliyevanın köməkçisini kim təhdid edir? - ŞOK AÇIQLAMA


3-06-2016, 18:38. Разместил: heqiqet İlhamə Quliyevanın köməkçisini kim təhdid edir? - ŞOK AÇIQLAMA Mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov anasının köməkçisinin onu təhdid etməsi ilə bağlı iddialarına münasibət bildirib.
Heqiqet.az-ın axsam.az-a istinadəən verdiyi məlumata görə, O.Nadirov ona şər atıldığını, buna görə də məhkəməyə müraciət edəcəyini bildirib:
“Hamının danışmaq, açıqlama vermək hüququ var. Amma məni şərləməsinlər, haqqımda yalan danışmasınlar. Bu cür söz-söhbətdən bezdim. Mən heç kimi zəng vurub təhdid etdirmirəm. Fatma Əliyevanın və digərlərinin açıqlamalarını oxuyuram, fikir verməməyə çalışıram. Dediklərini sübuta yetirsinlər.
Əgər mən onu təhdid edirəmsə, gedib polisə şikayət etsin. Edə bilmirsə, mən məhkəməyə müraciət edəcəm. Hazırda mənə atılan şərə görə, polisə getməyə hüququm var. İndi bu haqda düşünürəm də, vəkilimlə məsləhətləşəcəm. Mənə yetərincə şər atılıb, bezdim bunlardan”.


Вернуться назад