Dodağınıza uçuq çıxıb? Pambığı süddə isladın və...
8-06-2016, 09:16. Разместил: heqiqet
Qarğıdalı nişastası
1 qaşıq qarğıdalı nişastası ilə 1 qaşıq suyu qarışdırıb məcun halına gətirin. Yatmazdan əvvəl uçuğa sürtün. Oyandığınız zaman ehmalca yuyun.
Buz
Uçuq ağrı ilə yanaşı dodaqda göynəməyə də səbəb ola bilər. Buz tutmaq uçuğun üzərindəki dərinin həm nəmlənməsini, həm də göynəmənin keçməsini təmin edir.
Süd
Süd də uçuqlara olduqca yaxşı təsir edir. Pambığı soyuq süddə isladın və uçuğun üzərində 2-3 dəqiqə saxlayın.
Aloe vera
1 çay qaşığı alo vera gelini birbaşa uçuğun üzərinə tətbiq edə bilərsiniz.
Ekinezya
Ekinezya immunitet sistemini gücləndirir. Həmçinin uçuq çıxmasının qarşısını alaraq, bədəninizi dəstəkləyəcək.
Diş fırçanızı dəyişin
Diş fırçası uçuq viruslarının daşınması üçün ideal mühit meydana gətirir. Uçuq çıxdıqdan sonra təmiz bir diş fırçasına keçin. Uçuq keçdikdən sonra təkrar fırçanızı dəyişdirin.
Nanə yağı
Uçuğu su ilə təmizləyin. Ardından pambığı əvvəl suya, sonra da nanə yağına batırıb uçuğa sürtün. Gündə 2 dəfə kifayət edəcək.
Vanil
Vanil özü uçuğa səbəb olan virusun çoxalmasına mane olur. Pambıqlı çubuğun ucuna sürtdüyünüz vanili birbaşa uçuğun üzərinə qoyun və 1-2 dəqiqə gözləyin. Gündə 4 dəfə təkrarlaya bilərsiniz.
Вернуться назад