"Günəşli" yatağındakı qəza nəticəsində həlak olan 13 neftçinin yaxınlarına sığorta ödənilib
23-06-2016, 11:02. Разместил: heqiqet
Bu barədə "Paşa Həyat Sığorta" şirkətinin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov deyib.
Sədr qeyd edib ki, qəza nəticəsində həlak olan neftçilərlə bağlı təqdim olunmuş sənədlər üzrə onların ailə üzvlərinə sığorta ödənişləri verilib: "Sığorta məbləğləri müxtəlifdir. Təxminən 12-13 neftçi ilə bağlı sənədlər təqdim olunub və sığorta ödənişi tam həyata keçirilib. Bu istiqamətdə işlərimiz davam etdirilir".
Sosial səhifələrdə paylaş
Вернуться назад