Bakıda qardaş öz qardaşını qanına boyadı
24-06-2016, 09:46. Разместил: heqiqet
Bu mübahisənin başlanğıcı isə kafedə yeyib içmək məclisində baş tutub. Etibar Abbasov qardaşnı bıçaqlamadan öncə qohumları onları sakitləşdirməyə çalışıb. Bu baş tutmayınca mübahisə qanlı sonluqla bitib. Ağır xəsarət alan İlqar Abbasov evə doğru sürünərək hərəkət etməyə çalışıb. Bunu görən qohumları onu dərhal xəstəxanaya çatdırıblar. Yaralı əməliyyata götürlüb və həkimlər onun həyatını xilas ediblər.
İlqarla Etibar bir mənzildə yaşayırlarmış. Qonşular şifahi olaraq onu bildirdilər ki, hər iki qardaş sərxoş olarkən həmişə mübahisə edirlərmiş. Hətta bu zaman onlar bir-birini döyürdülər.
Qardaşını bıçaqlayan Etibar Abbasov könüllü olaraq Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinə gələrək təslim olub.
Faktla əlaqədar cinayət işi başlanıb.
Вернуться назад