Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri açıqlanıb
11-07-2016, 18:40. Разместил: heqiqet
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin iyun ayında may ayına nisbətən kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri 0,5%, o cümlədən bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri uyğun olaraq 0,8% və 0,1% azalıb.
Ay ərzində bitkiçilik məhsullarından lobya, kələm, xiyar, badımcan, pomidor, kartof, alça və gilasın istehsalçı qiymətlərində ucuzlaşma, çiyələyin istehsalçı qiymətində isə bahalaşma müşahidə olunub. Digər bitkiçilik məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
İyun ayında heyvandarlıq məhsullarından südün istehsalçı qiyməti ucuzlaşmış, digər heyvandarlıq məhsullarının istehsalçı qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Вернуться назад