“Microsoft” 20 dollarlıq “Nokia 105” telefonlarını satışa çıxarmağa hazırlaşır
3-06-2015, 20:01. Разместил: heqiqet
İKT.lent.az-ın xəbərinə görə, “Nokia 105” “Nokia Series 30+” əməliyyat sistemi əsasında çalışır, 1,45 düymlük ekrana, FM qəbulediciyə malikdir və 2000 əlaqə nömrəsini yaddaşda saxlaya bilir. Telefonun enerjisi danışıq rejimində 15 saat qalır, gözləmə rejimində isə 25 gün işləyir.
“Nokia 105”in orijinal modeli ötən ilin qışında buraxılıb və bu müddət ərzində 80 milyon ədəddən çox satılıb. ABŞ-da “Nokia 105”in qiyməti 20 dollar olacaq. Digər ölkələr üçü qiymətlər hələlik müəyyənləşməsə də, ciddi fərq olmayacağı bildirilir
Вернуться назад