DataLife Engine > siyaset > Elmar Məmmədyarov Moldova səfiri ilə görüşüb

Elmar Məmmədyarov Moldova səfiri ilə görüşüb


4-06-2015, 20:15. Разместил: heqiqet Elmar Məmmədyarov Moldova səfiri ilə görüşüb Xarici işlər naziri Elmar Məmmədyarov Moldovanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri İqor Bodiunu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı E.Məmmədyarov İ.Bodiuya fəaliyyəti dövründə Azərbaycan və Moldova arasında münasibətlərin daha da inkişafına verdiyi töhfəyə görə təşəkkür edib və gələcək fəaliyyətində ona uğurlar arzulayıb.
Вернуться назад