Pasiyent haqqında məlumatları cərrahi tikişlə bilmək mümkün olacaq
26-07-2016, 11:18. Разместил: heqiqet
Parça lifləri sanki "kimyəvi və fiziki müşahidə" aparmağa imkan verən sensor və elektrodlarla toxunulub. Belə nanoölçülü ötürücülər qan təzyiqi, bədən temperaturu, şəkər səviyyəsi və hətta stress kimi göstəriciləri izləyə bilirlər.
Mütəxəssislərin fikrincə, bütün bu məlumatları simsiz üsulla istənilən qəbuledici qurğulara, məsələn, smartfon və ya kompyuterlərə real vaxt rejimində göndərmək mümkün olacaq. Nəzəri baxımdan bunun həkimlərin işini xeyli asanlaşdıracağı gözlənilir. Hazırda alimlər sınaqların yalnız siçovullar üzərində keçirilməsinə görə nəticəyə zəmanət verə bilməsələr də, onun yekunundan razıdırlar.
Tədqiqat iştirakçılarından biri, nanotexnologiyalar laboratoriyasının direktoru Samir Sonkusalın sözlərinə görə, belə "ağıllı" tikiş və bintlər dərinin sağalmasını izləməyə imkan verəcək, eləcə də onlardan sağlamlıq vəziyyətinin monitorinqi üçün istifadə etmək mümkün olacaq.
Вернуться назад