Bu gün “Qəbələ” Avropa Liqasında cavab oyununu keçirəcək
4-08-2016, 12:41. Разместил: heqiqet
Təmsilçimiz “Qəbələ” də cavab oyununa çıxacaq.
Ötən mövsümün bürünc mükafatçısı öz meydanında Fransa klubu “Lill”lə qarşılaşacaq. Roman Qriqorçukun yetirmələri oyuna səfərdə əldə etdiyi 1:1 hesablı heç-heçənin verdiyi üstünlüklə çıxacaq. Mərhələni keçmək üçün “qırmızı-qaralar”a qolsuz bərabərlik də yetərli olacaq. Əgər “Qəbələ” bunu bacarsa, ardıcıl üçüncü il mötəbər yarışın pley-off mərhələsində iki komanda ilə təmsil olunacağıq. Çempionlar Liqasında uduzub, mübarizəni Avropa Liqasında davam etdirən “Qarabağ”a qoşulacağı halda, “Qəbələ” ötənilki uğuruna yaxınlaşacaq. Həmin vaxt 4 mərhələ adlayıb, qrupa vəsiqə qazanan əyalət təmsilçisi təsnifat oyunlarında ardıcıl 6 ev matçında uduzmayıb. Bu müddətdə bir heç-heçə əldə edən təmsilçimiz 5 qələbə qazanıb.
Avropa Liqası
III təsnifat mərhələsi
Cavab oyunu
4 avqust
21:00. “Qəbələ” (Azərbaycan) - “Lill” (Fransa)
Bakı. 8-ci km qəsəbə stadionu
İlk oyun – 1:1
Вернуться назад