Bakıda üç maşın toqquşub, bir nəfər ağır xəsarət alıb
16-08-2016, 09:13. Разместил: heqiqet
Bu gün saat 08 radələrində Səbail rayonu Yeni Salyan şossesi 22 ünvanında, "Jurnalistlər binası"nın qarşısında 99-CD-653 dövlət nömrə nişanlı, "Mercedes" markalı, 99-AX-596 dövlət nömrə nişanlı, "Chevrolet" markalı və "Nissan" markalı avtomobillər toqquşub.
Qəza nəticəsində "Nissan"ın sürücüsü ağır xəsarət alıb. O, xəstəxanaya çatdırılıb.
Hadisə yerinə yol polisi gəlib. Araşdırmalar aparılır.
Вернуться назад