Bakıda yol qəzası baş verib: yaralanan var
18-08-2016, 09:06. Разместил: heqiqet
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, Xəzər rayonunda “Mitsubishi” markalı minik avtomobili yolun kənarındakı dəmir yolayırıcı çəpərlərə çırplaraq ağır deformasiyaya uğrayıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyatı üzrə təhvil veriblər. Əməliyyat saat 19:44-də başa çatıb.
Вернуться назад