Dənizdə 14 yaşlı oğlan batıb
25-08-2016, 09:24. Разместил: heqiqet
Bakının Qaradağ rayonunda dənizdə 1 nəfər batıb. Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə dərhal nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. Xilasedicilər 2002-ci il təvəllüdlü Tağızadə Məmmədəmin Mirhüseyin oğlunun cəsədini batdığı yerdən 30 metr aralıdan taparaq çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Əməliyyat saat 17:23-də başa çatıb.
Вернуться назад