DİN Məhəmmədidəki ağır yol qəzası ilə bağlı məlumat yayıb
14-09-2016, 15:37. Разместил: heqiqet
Sentyabrın 14-də saat 01 radələrində Sabunçu rayonunun Məhəmmədi kəndində kənd sakini Anar Səfərov idarə etdiyi “AzSamand” markalı avtomobillə yolu keçən həmkəndliləri Arzuman Salmanovu, Elbrus Zahidovu və Elçin Əliyevi vurub.
Nəticədə A.Salmanov və E.Əliyev hadisə yerində ölüb.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.
Вернуться назад