DataLife Engine > iqtisadiyyat > SOCAR "Petkim"dəki payını satmaqdan imtina edib

SOCAR "Petkim"dəki payını satmaqdan imtina edib


8-06-2015, 16:25. Разместил: heqiqet SOCAR "Petkim"dəki payını satmaqdan imtina edib Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə şirkəti olan "SOCAR Turkey" "Petkim Petrokimya Holding A.Ş."də sahib olduğu səhmləri satmaq fikrindən daşınıb.
Heqiqet.az-n "Anadolu" xəbər agentliyinə istinadən xəbər verir ki, bu barədə İstanbul Fond Birjasının xəbər platformasında yer alan xəbərdə bildirilir.
Məlumatda qeyd edilir ki, şirkət bu addımı maliyyə bazarlarındakı qeyri-müəyyənliklər səbəbindən atıb.
Qeyd edək ki, bir müddət əvvəl holdinqin səhmlərinin 1,6%-nin "BCM Global Fund" şirkətinə satılacağı ilə bağlı elan verilib.
Вернуться назад