Futzal üzrə Azərbaycan millisi dünya çempionatının 1/8 finalına yüksəlib
19-09-2016, 11:07. Разместил: heqiqet
Yığmamız Medelyin şəhərində İran futzalçıları ilə qarşılaşıb.
Görüş 3:3 hesablı heç-heçə ilə başa çatıb. Beləliklə, millimiz dünya çempionatının 1/8 finalına vəsiqə qazanıb. Millimiz İranla eyni xal toplayıb, lakin top fərqinə görə turnir cədvəlində rəqibini qabaqlaya bilib. Futzalçılarımız 1/8 finalda Tailand yığması ilə qarşılaşacaq.
Xatırladaq ki, Azərbaycan millisi turnirdə keçirdiyi ilk oyunda Mərakeşi 5:0 məğlub edib, İspaniyaya isə 2:4 hesabı ilə uduzub.
Вернуться назад