DataLife Engine > sou > Müğənni makiyajçısı tərəfindən döyüldü

Müğənni makiyajçısı tərəfindən döyüldü


22-09-2016, 16:41. Разместил: heqiqet Müğənni makiyajçısı tərəfindən döyüldü Türk müğənni Tuba Özerk makiyajçısı Dilək tərəfindən döyüldüyünü açıqlayıb.
36 yaşlı ifaçı, makiyajçısı ilə arasında mübahisə düşdüyünü və daha sonra davaya çevrildiyini söyləyib.
T.Özerk İstanbul Baş Prokurorluğuna müraciət edərək Dilək haqqında şikayətçi olub. Müğənni ərizəsində bunları yazıb: “Makiyajçımla mübahisə etdik, mən də onu işdən çıxardım. Mənə fiziki zorakılıq etdi”.
İfaçı deyib ki, Dilək ona təhdid mesajları göndərir: “Bir neçə dəfə mənə “Qorxunun əcələ faydası yoxdur” formasında mesajlar göndərib. Qorxuram”.

Вернуться назад