DataLife Engine > dunya > ABŞ-da “Metyu” qasırğası nəticəsində ölənlərin sayı 27-yə çatıb

ABŞ-da “Metyu” qasırğası nəticəsində ölənlərin sayı 27-yə çatıb


11-10-2016, 10:48. Разместил: heqiqet ABŞ-da “Metyu” qasırğası nəticəsində ölənlərin sayı 27-yə çatıb ABŞ-da “Metyu” qasırğası nəticəsində ölənlərin sayı 27-yə çatıb.
Bu barədə NBC telekanalı xəbər verib.
Məlumata əsasən, qasırğanın yaratdığı sel və daşqınlar nəticəsində Şimali Karolina ştatında 11 nəfər ölüb. Digər ölüm halları Cənubi Karolina, Florida və Corciya ştatlarında qeydə alınıb.
Təbii fəlakət 1 milyondan çox insanı elektrik enerjisiz qoyub. Ciddi fəsadlar törədən qasırğa zəifləyərək ABŞ-ın cənub-qərb ştatları ərazilərindən uzaqlaşıb. “Metyu” Atlantik okeanda 2007-ci ildən bəri qeydə alınan ən güclü qasırğa sayılır.

Вернуться назад