Azərbaycan yığması DÇ-nin seçmə mərhələsində uğurlu seriyanı davam etdirib
12-10-2016, 15:57. Разместил: heqiqet
Azərbaycan milli komandası DÇ-2018-in seçmə mərhələsi çərçivəsində III oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, yığmamız səfərdə Çexiya ilə qarşılaşıb.Qrupdakı ilk iki matçında San Marino və Norveç üzərində minimal hesablı qələbələrə sevinərək 100% nəticə göstərən komandamız uğurlu seriyanı davam etdirə bilib.
Səfər oyununda inamla müdafiə olunan millimiz adlı-sanlı rəqibi qarşısında 0:0 hesablı bərabərliyə nail ola bilib.
Bununla da xalını 7-ə yüksəldən Robert Prosineçkinin yetirmələri 3 turdan sonra mübarizəni qol buraxmadan davam etdirir.
DÇ-2018-in seçmə mərhələsi
Avropa zonası, C qrupu
III tur, 11 oktyabr
Çexiya – Azərbaycan - 0:0
Вернуться назад