DataLife Engine > dunya > İsrail UNESCO ilə əməkdaşlığı dayandırıb

İsrail UNESCO ilə əməkdaşlığı dayandırıb


14-10-2016, 17:03. Разместил: heqiqet İsrail UNESCO ilə əməkdaşlığı dayandırıb İsrail UNESCO ilə əməkdaşlığı dayandırıb.
Bu qərarın BMT-nin Yerusəlimdəki müqəddəs yerlərlə bağlı bəyanatından sonra verildiyi deyilir.
İsrailin təhsil naziri Naftali Bennet UNESCO baş katibi İrina Bokovaya məktub yazaraq təşkilatı yəhudilərin Yerusəlimlə min illik bağlılığını görməzdən gəlməkdə ittiham edib.
Qeyd edək ki, UNESCO-da Fələstinlə bağlı qətnamə səsverməyə çıxarılıb. 24 ölkə qətnaməni dəstəkləyib, 26 ölkə səs verməkdən imtina edib, 6 ölkə isə əleyhinə səs verib. Sənəddə müsəlmanların Yerusəlimdəki müqəddəs yerlərə getməsinə məhdudiyyətin qoyulması pislənilib.
Вернуться назад