DataLife Engine > hadise > Vətəndaşları aldadan iş adamına hökm oxundu

Vətəndaşları aldadan iş adamına hökm oxundu


17-10-2016, 18:38. Разместил: heqiqet Vətəndaşları aldadan iş adamına hökm oxundu Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nazim Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə N.Hüseynov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, N. Hüseynov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunur.
“Orxan” MTK-nın keçmiş icraçı direktoru olan Nazim Hüseynov vətəndaşları evlə təmin etmək adı ilə pullarını mənimsəməkdə ittiham olunur.
Вернуться назад