DataLife Engine > tehsil > “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik”

“Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik”


11-11-2016, 11:33. Разместил: heqiqet “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi tərəfindən, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin ekspert dəstəyi ilə “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda 16-18 noyabr 2016-cı il tarixdə “Bakı Biznes Mərkəzində” müsabiqə keçiriləcəkdir.
İştirakçıların il ərzində apardıqları müşahidələr haqqında məlumatlar Bakı Ekspo Mərkəzində keçiriləcək, “Xəzər Ətraf Mühit üçün Texnologiyalar” 7-ci Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisində nümayiş olunacaq.
“Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda məktəblilərin Respublika müsabiqəsinin keçirilməsində əsas məqsəd regionlar üzrə aqrar və Azərbaycanın aqrobiomüxtəlifliyi sahəsində məktəblilərin bilik və bacarıqlarının artırılması, ekoloji təmiz yerli mədəni bitki növlərinin becərilməsi, yerli heyvan cinslərinin qorunub saxlanılması, kənd təsərrüfatı sərvətlərinin öyrənilməsi, onların istifadəsi, bərpası və mühafizəsi, torpağın münbitliyinin qorunması üsullarının öyrənilməsidir. Ölkəmizdə kənd təsərrüfatı sahəsində gənclərin fəal iştirakının təmin edilməsi və “yaşıl fermer” anlayışının aşılanması, xüsusi bilik, bacarıq və səriştəyə malik olan şagirdlərin kənd təsərrüfatı sahəsində ixtisas seçiminin və peşə yönümünün istiqamətləndirilməsi müsabiqənin əsas vəzifəsidir.
Keçirilən müsabiqənin 8 zona mərhələsində 9 nominasiya “Meyvəçilik”, “Arıçılıq”, “Heyvandarlıq”, “Meşə məhsulları”, “Tərəvəzçilik”, “Subtropik bitkilər”, “Gülçülük”, “Dənli bitkilər”, “Balaca fermer” nominasiyaları üzrə 1500 iştirakçıdan 200 məktəbli yekun mərhələsində iştirak etmək hüququ qazanmışdır.
Respublika üzrə keçirilən “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” yarişmasının final mərhələsində Dağlıq Şirvan zonası üzrə Şamaxı, Qobustan, İsmayıllı, Ağsu şəhəri, Gəncə-Qazax zonası üzrə Gəncə, Göygöl, Şəmkir, Goranboy, Tovuz, Qazax rayon, Naxçıvan zonası üzrə Naxçıvan, Aran zonası üzrə Göyçay şəhər, Salyan, Ağdam rayon, Hacıqabul rayon, Ucar, Yevlax, Bərdə rayonu, Lənkaran-Astara zonası üzrə Lənkəran şəhər, Şəki-Zaqatala zonası üzrə Şəki, Oğuz Balakən, Zaqatala, Qax rayonu, Bakı -Abşeron zonası üzrə Bakı, Şabran rayonunun orta ümumtəhsil məktəblərinin şagirdlərinin, rayon Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzlərinin dərnək üzvləri iştirakı edəcəklər.

Вернуться назад